Analıq və iş

Hamiləliyə və doğuşa görə məzuniyyət
Hamiləliyə və doğuşa görə məzuniyyət əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsi əsasında verilir. Hamiləliyə və doğuşa görə məzuniyyətin müddəti 126 təqvim günü təşkil edir (doğuşa qədər 70 təqvim günü, doğuşdan sonra 56 təqvim günü). Ağır doğuş, iki və daha artıq uşağın doğulması zamanı doğuşdan sonrakı məzuniyyətin müddəti 70 təqvim gününə qədər uzadılır. 
Analıq və iş
Kənd təsərrüfatı istehsalatında işləyən qadınlara aşağıdakı müddətlərdə hamiləliyə və doğuşa görə məzuniyyət müəyyən edilir:
  •  normal doğuş zamanı – 140 təqvim günü (doğuşa qədər 70 təqvim günü, doğuşdan sonra 70 təqvim günü);
  • ağır doğuş zamanı – 156 təqvim günü (doğuşa qədər 70 təqvim günü, doğuşdan sonra 86 təqvim günü);
  •  iki və daha artıq uşaq doğulduqda – 180 təqvim günü (doğuşa qədər 70 təqvim günü, doğuşdan sonra 110 təqvim günü).
Övladlığa uşaq götürmüş analar üçün 56 təqvim günü müddətində analoji məzuniyyət verilir.
Analıq və iş
Mənbələr: Əmək Məcəlləsinin 125 və 126 maddəsi. Sığorta üzrə icbari dövlət sosial təzminatlarının və fəaliyyət qabiliyyətini müvəqqəti itirmiş şəxslərə sığortaçının hesabına ödənilən müavinətlərin hesablanması və ödənilməsi haqqında Əsasnamənin 65 və 67 bəndləri
Ödənişlər
Hamiləliyə və doğuşa görə müavinətlər hamiləliyə və doğuşa görə məzuniyyət müddəti ərzində ödənilir. Dövlət müavinətləri əvvəlki orta əmək haqqının 100% həcmində müəyyən edilir.
Mənbələr: Sığorta üzrə icbari dövlət sosial təzminatlarının və fəaliyyət qabiliyyətini müvəqqəti itirmiş şəxslərə sığortaçının hesabına ödənilən müavinətlərin hesablanması və ödənilməsi haqqında Əsasnamənin 72 bəndi
Ödənişsiz tibbi xidmətlər
Hamiləlik, doğuş və doğuşdan sonrakı prosesdə olan hər bir qadın dövlət səhiyyə sisteminin müəssisələrində ödənişsiz ixtisaslaşdırılmış tibbi yardımla təmin edilir. Azərbaycan Respublikasının vətəndaşları sağlamlığın qorunması və tibbi yardımın alınması hüququna malikdirlər. Dövlət tibb müəssisələrində tibbi xidmət ödənişsizdir. Hər bir kəs qanunvericilik aktları ilə müəyyən edilmiş həcmdə tibbi yardım almaq hüququna malikdir.
Tibbi yardımın aşağıdakı növləri var: təxirəsalınmaz, ilkin və ixtisaslaşdırılmış. Tibbi yardım aşağıdakı formalarda göstərilir: stasionar və ambulator.
Mənbələr: “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının 26.06.1997 tarixli 360-IQ nömrəli qanununun 10, 17, 32-34 maddələri
 
 
 
Mənbə: qazancim.az


 

0 şərh