Amerika hökümətinin demokratik seçki sənədləri

Amerika hökümətinin tanınmış tarixi şəxsiyyətlərindən olan Con Adams 1776-cı ildə yazırdı: «İllik seçkilər qurtardıqdan sonra əsarət başlayır». Burada bir həqiqət vardır. Amerikanın hökümət quruluşunun ayrı-ayrı sahələri, cəmiyyət-hökümət sistemi və onların qanuna söykənən qarşılıqlı münasibətləri belə bir fikir söyləməyə əsas yaratmışdır.
Demokratik proses Amerika hökümətinin, onun cəmiyyətinin gündəlik «hava-su» mənbəidir. Amerika özünüidarə sistemi bir sıra əsas prinsiplər üzərində qurulmuşdur. Bunların bəziləri dövlətin üzvi xüsusiyyətlərindən, bəziləri isə Konstitusiyada ifadə olunmuş əsas tezislərin praktik nəticəsi olaraq meydana gəlmişdir.
Məhkəmə sistemi bütün insanların bərabərliyinə, insan hüquqlarının toxunulmazlığına və qanunların aliliyinə inama söykənir. Varından, gücündən və yaxud mövqeindən asılı olmayaraq, heç kəs və ya qrup bu prinsiplərə qarşı çıxa bilməz.
Amerika ictimaiyyəti, onun höküməti üçün Bani Atalar öz dövründə nümayəndəlik hökümətinin düşünülüb-daşınılmış prinsiplərini hazırlamışlar.
Seçicilər onları hökümtədə təmsi etmək üçün vaxtaşırı xalq nümayəndələri seçirlər. Seçicilər imtiyazlarını bu nümayəndələrə və özlərinin təyin etdikləri administratorlara verirlər.

Xalq nümayəndələri xalqın onlara verdikləri imtiyazlardan ancaq o dövrə qədər istifadə edə bilərlər ki, xalq bu nümayəndələrin xalqın işlərini idarə etmələrindən və onları həyata keçirmələrindən razı qalmış olsun.
Əsas nəzarət mexanizmi qanunverici və icra şaxələrinin məsul vəzifəli şəxslərinin vaxtaşırı seçilməsidir. Seçicilərlə onların seçdikləri nümayəndələr arasında dialoq arasıkəsilmədən davam edir. Bu dialoqlara gündəlik gələn saysız-hesabsız məktublar, teleqramar, telefon zəngləri və üz-üzə görüşlər də daxildir. Bunların hamısına hər bir seçilmiş nümayəndə cavab verməlidir. Amerika seçiciləri xalqla bağlı məsələlərdə öz fikirlərini açıq deməyə həmişə hazırdırlar və rəylərini öz nümayəndələrinin nəzərinə çatdırmaqda tərəddüd etmirlər. Birləşmiş Ştatların Nümayəndələr Paralatasının hər bir üzvü bir həftə ərzində orta hesabla 521 məktub alır. Birləşmiş Ştatlar senatorlarından bəziləri bildirirlər ki, onların bir həftə ərzində 10.000-ə yaxın təmasları olur. Azərbaycanda isə belə iş prinsipləri ağıla sığan deyildir.
ABŞ seçiciləri üçün bu da ümumi bir haldır ki, onlar ya təkbətək, ya da qruplar şəklində konqresmənlərlə görüşərək, spesifik məsələlərin həlli üçün konqresmənlərə təzyiq göstərirlər. Elə ermənilər də ABŞ-kı bu vəziyyətdən istifadə edərək konqresmenlərə təzyiq edir, Qarabağ və soyqırım məsələsini hər dəfə öz nəfərinə həll edə bilirlər. Bu yollarla seçicilər hakimiyyət prosesinə nəzarət edirlər.
Bundan əlavə, hər hansı bir orqan və ya rəsmi xalq nümayəndəsi tərəfindən səlahiyyətdən sui-istifadənin qarşısını almaq üçün hökümətin xüsusi qurumu var. Daha öncə bildirildiyi kimi, federal hökümətin üç orqanı-qanunvericilik, icra və məhkəmə orqanları yarımmuxtar xarakter daşıyır. Bununla belə, onlardan hər birinin digər ikisi üzərində müvafiq imtiyazları var.

Demokratik hökümət səlahiyyətin bir nəfərin və ya keçik bir qrupun əlində mərkəzləşdiyi hökümətdən daha ləng hərəkət edir. Lakin, tarixi boyu Amerikanın təcrübəsi sübut edir ki, tələm-tələsik qəbul edilən hökümət qərarları bir çox hallarda zərərli və ölçülüb-biçilməmiş olur.
Özünüidarə ilə bağlı imtiyazlar və azadlıqlar vətəndaşlıq vəziyələri və məsuliyyətləri ilə tarazlaşdırılır. Vətəndaşlar imkanları çərcivəsində maliyyə işlərində hökümətə kömək etməlidirlər və verdikləri səslə hazırlanmasına təkan verdikləri qanun və qaydalara tabe olmalıdırlar.
Vətəndaşlıq məsələsinin ən əsası səsvermə imtiyazından ağıllı istifadə etməkdir. Məlumatlar təmin olunmuş seçici demokratiyanın yaşarlı olması üçün ən çox təminat verən bir amildir. Vətəndaş yaşadığı qəsəbənin küçələrinə asfalt döşəmək məsəsindən bşlamış, Birləşmiş Ş tatların xarici siyasətində baş verən vacib dəyişikliklərə qədər, Amerika seçicilərinin əsas vəzifəsi bütün mümkün olan hadisələrdən xəbərdar olmaq zəminində səs verməkdir.
ABŞ vətəndaşlığının çox mühüm məsüliyytindən biri də, milli təhlükə zamanları hərbi silahlı qüvvələr sırasında məmuniyyətlə durmaqdır. Burada da kişi-qadın ayrı-seçkiliy yoxdur.
ABŞ-da vətəndaşlıq şərtlərinin ən əsasını onun Konstitusiyasına görə Birləşmiş Ştatlarında doğulmaqdır.
S əsvermə hüququnda istifadə etmək, ictimai idarələrdən birində çalışmaq və ya münsiflər heyyətində iştirak etmək istəyən şəxs Amierika vətəndaşı olmalıdır.
^arici ölkədə doğulmuş hər hansı bir şəxs təbəəlik proesi yolu ilə Amerika vətəndaşı ola bilər. Birləşmiş Ştatlarda Amerika vətəndaşı olmayan bir çox adamar yaşayır və Amerika vətəndaşlarının istifadə etdikləri fikir, çöz və hərəkət azadlıqlarından onlar da eyni dərəcədə istifadə edirlər.
Təbəəliyi qəbul etmək istəyən şəxsin ən azı 18 yaşı olmalıdır. O, Amerikaya qanuni gəlməsi və heç olmazsa beş il ərzində ölkədə yaşamış olmalıdır, eyni zamanda vətəndaşı olmaq istədiyi ştatda ən azı altı ay yaşamış olmalıdır.

Vətəndaşlığa namizəd Ədliyyə Departamentinin Mühacirlik və Təbəəlik ^idmətinə ərizə ilə müraciət edir. Agentlik müraciət edən şəxsi yoxlayır, məhkəməyə təbəəlik üçün lazım olan anketi doldurmaqda köməklik edir. Tələb olunur ki, doğru danışan adamlar kimi tanınan iki Amerika vətəndaşı anketdə yazılanları dəstəkləsin və and içsin ki, ərizəçi vətəndaşlıq tələblərinə əməl etmiş, mənəvi və əxlaqi cəhətdən yaxşı adamdır və Birləşmiş Ştatlar Konstitusiyasına əməl edəcək. Son addım isə Birləşmiş Ştatlara sədaqət andıdır. Anddan sonra məhkəmə sədri vətəndaşlığa qəbul qərarını imzalayır, ona vətəndaşlıq vəsiqəsi verir. Beləliklə, yeni vətəndaş səsvermə və hökümət işlərində fəal iştirak etmək hüququ qazanır.
Siyasi partiyalar Amerika siyasi sisteminin təməlidir. Əvvəlcədən qeyd edək ki, nə siyasi partiyaların özləri, nə də ictimai vəzifələrə namizədlərin seçicilərə təqdim olunması işində bu partiyaların oynayacaqları rol haqqında ABŞ Konstitusiyasında heç bir yazı yoxdur. Milli səviyyədə Amerikada iki partiya sistemi var. Rəqabət aparan başqa partiyalar siyasi səhnəyə çıxaraq, sonralar yox olsalar da ikipartiyalı sistem ölkənin tarixi boyu mövcu olmuşdur. Məsələn, Prezident Corc Vaşinqtonun ətrafında toplaşmış federalistlər 1800-cü ildən sonra yavaşyavaş səhnədən çəkildilər və 1830-cu illərdə Prezident Əndryu Ceksonu müdafiə edən Demokrat Partiyasi müxalifi kimi meydana çıxmış Viq Partiyası 20 il sonra ləğv olundu.
Bu gün öz tarixini ölkənin 3-cü Prezidenti Tomas Cefersonla bağlayan Demokrat Partiyası və 1854-cü ildə əsası qoyulan Respubikaçılar Partiyası federal, ştat və yerli səviyyələrdə aparıcı siyasi partiyalar kimi qalmaqda davam edir.
Bununla belə, başqa partiyalar da fəaldır və xüsusən ştat və yerli səviyyələrdə xeyli uğurlar qazananları heç də az deyildir.
Konstitusiyanın Birinci Düzəlişində söz azadlığı, sərbəst toplaşıb, nöqsanların aradan qaldırılması üçün hökümətə müraciət azadlığı öz hüquqlarını müdafiə etmək yolu ilə «xüsusi mənafelər» və ya «lobillər» adlandırılanlar üçün qanuni əsas təşkil edir. Hər bir qrupun öz fikrinin ictimaiyyət, qanunvericilik, icra orqanlı və məhkəmə orqanları tərəfindən dinlənilməsini tələb etmək hüququ var, hansı ki, bir çox xalqlar bütün bunlara həsəd apara bilərlər.

Özəl maraq qruplarının təbliğ etdikləri siyasi işlərdə, adətən, iqtisadi pul mənbələri olur və s.
Bunun əksinə olaraq, ictimai maraq qrupları kollektiv dəyərlər axtarırlar ki, buna nail olmaq həmin maraq qruplarının üzvlərinə maddi və seçim baxımından heç bir mənfəət vermir.
Seçki prosesində Respublikaçılar və Demokrat partiyaları şəhər tipli qəsəbələr şuraları, bələdiyyə başçıları və ştat qubernatorları da daxil olmaqla, siyasi həyatın bütün səviyyələrində ictimai vəzifələrə yiyələnmək uğrunda yarışırlar. Bu vəzifələrə rəsmi şəxslərin seçilməsi ikihissəli prosesdən keçir. Əvvala, partiyada adın namizədliyə irəli sürülməsində qələbə qazanmaq, ikincisi isə ümumi seçkilərdə rəqib partiyanın namizədini məğlub etmək.

Namizədliyin irəli sürülməsi qaydası Birləşmiş Ştatların tarixi boyu təkamüldə olmuşdur. Bunun ən qədim forması koloniya dövründən qalmış qapalı yığıncaq formasıdır. Belə hallarda partiya rəhbərləri qeyri-rəsmi görüşərək, hansı namizədi müdafiə edəcəklərinə qərar verirlər. Ştatlar, ümumilikdə dövlət inkişaf edib, siyasi təşkilatlar daha da mükəmməlləşdikdən sonra, ayrı-ayrı yerli partiya rəhbərləri öz nümayəndələrini göndərməyə başladılar. Bununla yanaşı onlar digər yerli partiya rəhbərləri ilə görüşərək, ştat qrupları yaradırlar ki, son nəticədə namizədləri həmin qruplar irəli sürsünlər. Konventlər kimi tanınan bu genişləndirilmiş qruplar bu gün prezidentliyə namizəd irəli sürən konventlərin ilkin «övladları»dırlar. Namizəd göstərmənin digər yolu namizədlərin irəli sürülməsi üçün seçicilərin seçkiqabağı yığıncaqlarıdır. Belə yığıncaqlar vahid siyasi partiya daxilində ştat miqyasında aparılan seçkilərdir ki, bunların da əsas məqsədləri seçicilərə bilavasitə öz partiyalarından müxtəlif idarələrə namizəd seçmək imkanı yartmaqdır.
S əsvermə prosesi Birləşmiş Ştaltlar Prezidentinin 4 illik müddətə seçilməsi ilə nəticələnir. Partiya namizədləri ümumi seçkilərdən bir neçə ay əvvəl, namizədlərin adlarını irəli sürən konventlərin iclaslarında seçilir.
Ümumi seçkilər siyasi partiyaların namizədəlrini bir-birinə qarşı mübarizədə üz-üzə qoyur. Hər partiya platforma adlanan müxətlif məsələlrlə bağlı, öz fərqli görüşlərini partiya proqramı kimi təqdim edir.Yəni, seçicilər öz səslərini vəzifəyə seçilən namizədə verməklə, eyni zamanda özlərinin təmsil etdikləri partiyanın siyasi, iqtisadi və sosial fəlsəfəsinə də vermiş olurlar. Digər bir yol isə namizədin adının seçki bülleteninə yazılması yoludur. Soyadı bulletenə düşməmiş namizədi seçilcilər səsvermə zamanı bülletendə boş buraxılmış yerə yaza bilərlər.
Yeni vəzifəyə seçilmiş şəxslər xalqın nümayəndələri kimi, qanunlar yaratmaq, təkliflər vermək və icra etmək hüququndan tam istifadə edirlər. ABŞ Konstitusiyasına görə referendium da keçirmək mümkündür. ABŞ-da referendium qanunvericiliyinə yol göstərmək üçün xalq iradəsinin ifadəsi kimi başa düşülür və yaxud qanunvericilərin hərəkətlərini cilovlamaq üçün ola bilər, Azərbaycanda olduğu kimi. Bu halda qanunvericilik aktı seçicilər tərəfindən rədd oluna da bilər. Bu halda xalq, seçici yekdil olmalıdır.
ABŞ-da seçkilər zamanı məlumat və rəylərə münasibətdə də özünəməxsusluq vardır. Məlumat azadlığı Amerika demokratiyasının əsası olub, onun xüsusi fəaliyyət göstərməsində böyük əhəmiyyəti var. Amerika seçicisi sözün həqiqi mənasında heç bir məhdudiyyət qoyulmayan məlumatlarla təmin edilir. Məlumat mənbələri gəzetlər, jurnallar, radio, televiziya, məlumat kitabçaları, poçtla göndərilən məlumatladır və s. Birləşmiş Ştatlar mətbuat yerli, ştat, milli və beynəlxalq inkişafla bağlı bütün gündəlik məsələlri əhatə edən məlumatlar verir. Senat və nümayəndələr Palatasında aparılan müzakirələr geniş şəkildə yayılır və əsas vəzifəli şəxslərin mətbuat konfransları tam əhatə olunur. Kütləvi informasiya vasitələri faktları tam ideal olaraq qərərsiz və tərəfkeşlik etmədən verməyə borcludurlar. Əlbətdə, bütün bunların səbəbi və təməli vardır. Amerikada müstəqillik Bəyannaməsinin müəllifi Tomas Ceferson hələ 1787-ci ildə demişdir: «Hökümətimizin təməlini xalqın rəyi təşkil etdiyi üçün, ən ümdə məqsədimiz bu hüququ qorumaq olmalıdır. Əgər, qəzetsiz bir hökümətinmi, yoxsa hökümətsiz bir qəzetinmi daha vacib olduğu haqqında qərar qəbul etmək mənim öhdəmə buraxılsaydı, mən heç bir tərəddüd etmədən sonuncusuna üstünlük verərdim».
Bizcə, 1787-ci ildə söylənilmiş bu fikirdən sonra ABŞ-da məlumat, mətbuat, rəylərə başqa bir fikir əlavə etməyə ehtiyac yoxdur.

ABŞ-da özünüidarənin miqyası da bir çox dövlətlər və xalqlar üçün bir nümunə ola bilər. Hər bir məsələnin bütün sahələrini özü üçün məlum etməkdən ötrü mənbələrin hamısı ixtiyarına verilmiş seçicilər ordusuna gün kimi aydındır ki, demokratiyada xalq onun özünə layiq olan bir hökümət əldə edir.
Əgər, hökümət xalqa yaxşı xidmət etmirsə, bu xalqın öz günahıdır. Və əksinə, əgər, hökümət yaxşı fəaliyyət göstərirsə, bunun şərəfi də xalqındır. Bu ölçü baxımından Birləşmiş Ştatlar özünüidarə sistemi fövqəladə uğurlu olmuşdur. Bununla yanaşı Amerika demokratiyası daimi təkamül yolu istiqamətindədir. ABŞ-da höküməti təmsil etmək hüququ hökumət Konstitusiyanın əsas müddəalarına əməl etmədiyi hallarda, onu dəyişdirməyə zəmanət hüququdur. Abraham Linkolnun dediyi kimi, «xalqın xalq üçün yaratdığı xalq höküməti yer üzündən yox olmayacaqdır».

0 şərh