Рейтинг
+11.83

Hüquq və qanunvericilik

16 üzv, 106 topik

İnsan hüquqlarının inkişaf tarixi

Milyonlarla insanın məhvinə səbəb olmuş İkinci Dünya müharibəsində insan hüqaqlarının pozulmasına və insan ləyaqətinin alçaldılmasına yönəldilmiş ən amansız və yolverilməz üsullardan istifadə olunmuşdur. Bu dəhşətli hadisə dünya xalqların həmrəy olmağa səslədi və 1945-ci il aprelin 25-də Birləşmiş Millətlər Təşkilatını yaratmağa sövq etdi. BMT-nin oktyabrın 25-də qəbul edilmiş Nizamnaməsində 7 bəndi bilavasitə insan hüquqları məsələsinə həsr edilmişdir.
Bunlardan biri 1948-ci ildə  BMT-nin insan hüquqları üzrə Xüsusi Komissiyasının yaradılması üçün əsas olmuşdur.
 “İnsan hüquqları haqqında Ümumi Bəyannamə” -  2 il davam edən gərgin işdən sonra 1948-ci il dekabrın 10-da BMT Baş Məclisi “İnsan hüquqları haqqında Ümumi Bəyannamə” qəbul etdi. Bu “Bəyannamə”nin qəbul edilməsində əsas məqsəd insan hüquqlarını və bütün dövlətlərin əməl etməli olduğu normalı müəyyənləşdirmək idi.
Ardı →

İnsan və vətəndaş hüquqları anlayışları

İnsanın təlabatları yalnız cismən yalnız sağ qalıb yaşamaq ehtiyacları  ilə məhdudlaşdırıla bilməz. Bu anlayış daha genişdir. Bu təlabatlar insanın həm maddi, həm də mənəvi cəhətdən ləyaqətlə yaşamasını təmin edən tələbatlardandır. İnsanləyaqəti hər bir insana anadan olduğu andan məxsusdur və heç kəs ondan məhrum edilə bilməz.
 İnsan ləyaqətinin müdafiyəsini təmin edən, habelə insanın ləyaqətlə yaşaması üçün zəruri təlabatların həyata keçirilməsinə kömək edən əsas norma və prinsiplər elə insan hüquqlarıdır.
 Cəmiyyətin hər bir üzvü qanunla müəyyən olunan hüquqlardan əlavə anadangəlmə hüquqlara da malikdir. Həmin hüquqlar təbiihüquqlar adlanır. Yaşamaq hüququ, bərabərlik hüququ, azadlıq hüququ, mülkiyyət hüququ, təhlükəsiz yaşamaq hüququ belə hüquqlardandır. Dövlət bu hüquqları müdafiə etməyə borcludur.
Ardı →

Qanunvericilik prosesi

Qanunvericilik, hüquqyaratma fəaliyyətinin əsas, ən mühüm formasıdır. Qanunvericilik fəaliyyəti dedikdə, ali dövlət hakimiyyəti orqanının qanunlar qəbul etməyə yönəldilmiş fəaliyyəti başa düşülür.
Qanunvericilik fəaliyyəti qanunvericilik prosesi vasitəsilə reallaşır. Parlament qanunvericilik fəaliyyətini yerinə yetirərkən qanunvericilik prosesinə ciddi əməl edir, çünki qanunvericilik prosesinin pozulması qəbul edilmiş qanunun qeyri-legitimliyinə səbəb olur.
Qanunvericilik prosesi, istənilən hüquqi proses kimi aşağıdakı mərhələlərdən ibarətdir:
1) Qanun layihəsi və ya qanun təklifinin verilməsi (qanunvericilik təşəbbüsü);
2) Qanun layihəsinə parlament palataları və komitələrində (komissiyalarında) baxılması;
3) Qanunun qəbul edilməsi;
4) Qanunun sanksiyalaşdırılması, promulqasiya və dərc edilməsi.


Ardı →

Referendum ümumxalq səsverməsidir

Referendum ümumxalq səsverməsi forması olub, xalqın öz hüquqları və mənafeləri ilə bağlı olan hər  məsələnin bu yolla həll etmək imkanıdır. Referendum ilk dəfə 1439 ildə İsveçrədə keçirilmişdir. Dünya təcrübəsində referendum gizli səsvermə yolu ilə hər hansı bir sənəd layihəsinin təsdiq edilməsi, parlamentin, dövlət başçısının, hökümətin bu və ya digər hərəkətlər etməsinə razılıq verilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Nəticəsindən asılı olaraq referenduma çıxarılan sənəd qəbul edilə və ya edilməyə bilər. Keçirilməsi Konstitusiyada nəzərdə tutulan referendumlar bəzən nəzarət referendumu da adlanır. Nəticəsi məcburi xarakter daşımayan referendumlar məsləhət referendumları adlanır. Referendumu müxtəlif əlamətlərinə görə təsnif etmək olar. Ərazi hüdudlarına görə referendumlar ümumrespublika və yerli referendumlara bölünür.
Ardı →

Demokratik cəmiyyətdə seçkilər

Xalqın iradəsinin bilavasitə və ən yüksək ifadəsi dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına azad, demokratik seçkilərin keçirilməsidir. Seçkilər, demək olar ki, bütün dünyada vətəndaşların cəmiyyətin həyatında və dövlət işlərində iştirakının ən kütləvi formasıdır.
Seçkilərin keçirilməsi hüquqi və siyasi əhəmiyyəti ilə seçilir. Seçkilərin keçirilməsinin hüquqi əhəmiyyətini başlıca olaraq, vətəndaşların aktiv və passiv seçki hüquqlarının həyata keçirilməsinə hüquqi təminat verilməsi və Konstitusiya ilə müəyyən edilmiş dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının formalaşması təşkil edir. Siyasi əhəmiyyətə isə seçkilərin nəticələrindən asılı olaraq, ölkədə mövcud siyasi qüvvələr nisbətinin, demokratiyanın vəziyyətinin, seçicilərin arzu və istəklərinin, onların siyasi, iqtisadi və sosial sahələrdə olan tələblərinin müəyyən edilməsi daxildir.
Davamı →

Hüququn mənbələri. Qanun və qanun qüvvəli aktlar

Davranış qaydasının hüquq norması olması üçün o müəyyən hüquqi formaya salınmalıdır. Bu dövlətin hüquqyaratma fəaliyyəti nəticəsində baş verir ki, bunun köməyi ilə qanunvericinin iradəsi öz ifadəsini icra üçün məcburi olan bu və ya digər hüquqi aktlarda tapır.
Hüquq ədəbiyyatında hüququn mənbəyi kimi, adətən dövlətin qanunvericilik fəaliyyətinin zahiri forması ifadə olunur, yəni hüquq normalarını müəyyən edən, səlahiyyətli dövlət orqanlarının aktları başa düşülür.
Belə orqanlara məsələn, — Azərbaycan Respublikasının Milli Məclisi, Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və b. aiddir.
Xüsusən, qeyd etmək lazımdır ki, dövlətin hər bir hüquqi aktı hüquq mənbəyi ola bilməz, yalnız hüquq normalarını, ümumi davranış qaydalarını əks etdirən, başqa sözlə, normativ aktlar hüququn mənbəyi hesab olunur.
Ardı →

Cəza

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsində cəzanın anlayışı verilmişdir. Həmin maddəyə əsasən, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət — hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Qanunu ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
Cəza, digər dövlət məcburiyyəti tədbirlərindən (inzibati, mülki-hüquqi) aşağıdakı mühüm əlamətləri ilə fərqlənir:
1) Cəza, yalnız cinayət qanunu ilə müəyyən olunur.
2) Cəza, cinayət qanununa uyğun olaraq yalnız məhkəmənin ittiham hökmünə əsasən tətbiq olunur.
3) Digər inzibati, intizam, mülki — hüquqi sanksiyalar ayrıca hakimiyyət, idarəetmə orqanları və yaxud vəzifəli şəxsin adından tətbiq edildiyi halda, cəza yalnız dövlət adından məhkəmə tərəfindən tətbiq olunur. Bu, cəzaya ictimai xarakter verir.
4) Cəza törədilən cinayətə görə tənbehdir.
5) Cəza məhkumluq yaradır; digər dövlət məcburiyyəti tədbirləri belə nəticələr əmələ gətirmir.
6) Cəza, törədilən cinayətin hüquqi nəticəsidir.


Ardı →

Cinayətdə iştirakçılıq

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əksər maddələrinin qanunverici quruluşu elədir ki, cinayətin bir şəxs tərəfindən törədilməsini nəzərdə tutur. Lakin cinayət iki və ya daha artıq şəxs tərəfindən də törədilə bilər. Axırıncı halda, müəyyən əlamətlərin mövcudluğu zamanı cinayətdə iştirakçılıq yaranmış olur. İştirakçılıq zamanı cinayətkarlar öz səylərini birləşdirərək, çox vaxt öz aralarında rolları bölüşdürürlər. Bu, cinayətin törədilməsini asanlaşdırır, cinayətə daha böyük inamla və daha az risklə getməyə imkan yaradır ki, bu da cinayəti daha təhlükəli edir. Cinayət Məcəlləsinin 31-ci maddəsinə əsasən, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən iştirakı iştirakçılıq sayılır.
İki və daha çox şəxsin cinayətdə iştirakı bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün onların hamısının qanunla müəyyən edilmiş yaş həddinə çatmasını və həmçinin cinayət törədildiyi zaman bütün iştirakçıların anlaqlı olmasını nəzərdə tutur. Buna görə də anlaqsız şəxslərin və yaxud yetkinlik yaşına çatmayanların ictimai-təhlükəli əməli birgə törətməsi iştirakçılıq yaratmır.


Ardı →

Əməlin cinayət olmasını aradan qaldıran hallar

Bəzən elə hallar olur ki, şəxsin bu və ya digər hərəkəti zahirən cinayətə bənzəsə də əslində, onda heç bir cinayət tərkibi olmur. Bu hərəkətlər, konkret vətəndaşların şəxsi və ictimai mənafelərini və digər vətəndaşların hüquqlarını cinayətkar qəsdlərdən müdafiəsi üçün törədildiyinə görə nəinki cinayət hesab olunmur, əksinə ictimai faydalı əməl kimi həmişə qanun tərəfindən müdafiə edilir.
Bir çox cinayət hüquq ədəbiyyatlarında oxşar hallar əməlin ictimai — təhlükəliliyini və qeyri-hüquqiliyini istisna edən və aradan qaldıran hallar kimi xarakterizə edilsələr də, Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsində onlar «Əməlin cinayət olmasını aradan qaldıran hallar» adı altında təsbit olunmuşdur. Cinayət Məcəlləsinin 36-40-cı maddələrini əhatə edən bu hallara zəruri müdafiə, cinayət törətmiş şəxsin tutulması, son zərurət, əsaslı risk, əmrin və ya sərəncamın yerinə yetirilməsi kimi hallar aid edilir.


Ardı →

Cinayət məsuliyyəti

Hüquq normalarının pozulmasında təqsirli olan şəxslərə tətbiq edilən dövlət məcburiyyəti hüquqi məsuliyyətin müxtəlif formalarında ifadə olunur. Onlardan biri də cinayət məsuliyyətidir.
Hüquqi məsuliyyətin digər formalarından o, yüksək ağırlığı ilə fərqlənir ki, bu da cinayət işləri üzrə hökmün həmişə dövlət adından çıxarılması növündə cəzanın tətbiqi ilə başa çatır.
Cinayət məsuliyyəti cinayət — hüquq münasibətləri çərçivəsində həyata keçirilir (əmələ gəlir, reallaşır, xitam olunur). Cinayət hüquq münasibətləri — cinayət törətmiş şəxslərlə dövlət arasında qanunla tənzim olunan münasibətlərdir. Cinayət hüquq münasibətləri cinayətin törədilməsi anından əmələ gəlir. Məhz bu andan cinayət törətmiş şəxslərin və dövləti təmsil edən ədalət mühakiməsi orqanlarının hüquq və vəzifələri meydana çıxır: dövlətin təqsirli şəxslərə cinayət məsuliyyətini təşkil edən məcburetmə tədbirlərini tətbiq etmək hüququ yaranır. Bununla belə, təqsirli şəxslərə cinayət qanunu ilə müəyyən edilmiş hədlərdə konkret təyin edilməsi onun vəzifəsidir. Öz növbəsində, təqsirli şəxslərin məsuliyyət daşımaq vəzifəsi yaranır.


Ardı →