Həkim yumoru

1.  Məktəbdə tibbi müayinə zamanı həkim birinci sinif şagirdindən soruşur:
— Burun və qulaqlarından şikayətin var ?
— Var. Paltarımı geyinəndə mənə mane olurlar

2.  Diş həkiminin kabinetinin qarşısında lövhə:
Diş insana iki dəfə havayı verilir, üçüncü dəfə pul ödəmək lazımdır.

3.  Təcili yardıma zəng:
— Kömək edin! Mənim yoldaşım doğmağa başlayır !
— Bu onun ilk uşağıdır ?
— Başınız xarab olub, bu onun əridir.

4. Bir xəstə həkimin kabinetinə daxil olur:
— Hə, həkim, bu da biz
— “Biz” yəni kim ?
— Mən və bağırsaq qurdları

5.  Xəstə proktoloqun qəbulunda:
— Həkim. Mən Əhmədovam, xatırlayırsınız ?
— Bağışlayın, mən üzləri xatırlamıram.

6.  Tibbi müayinədən sonra həkim:
— Sizdə güclü həzm pozğunluğu, baş ağrıları, yüksək qan təzyiqi vardır. Bağışlayın, neçə yaşınız var ?
— 24
— Görürsünüz, heç yaddaşınız da yaxşı deyil.

7.  Təcili yardıma zəng:
— Təcili yardım eşidir
— Mənim oğlum qələmi udub !
— Narahat olmayın, biz indi gəlirik
— Bəs mən nə edim ?
— Hələlik karandaşla yazın.

8.  Həkim xəstəyə:
— Siz ciddi olaqar dietaya əməl etməlisiniz: qara çörək, bitki yağı, alma və qatıq.
— Yeməkdən əvvəl, ya sonra ?

9.  Aptekdə:
— Bağışlayın, sizdə asetilsalisil turşusu var ?
— Siz aspirin demək istıyirdiniz ?
— Bəli, bəli, bu ad həmişə yadımdan çıxır.

10.  İki psixi xəstə ruhi dispanserin divarını rəngləyir
— Sən fırçadan möhkəm tutmusan ?
— Həəəəəə
— Onda nərdivanı götürürəm.

11.  Göz həkiminin yanında:
— Pasient, zəhmət olmasa deyin, bu yazını oxuya bilirsiniz ?
— Oxuya bilmirəm
— Aydındır, sizdə uzağı pis görmə vardır.
— Həəəəəəə, savadsızlıq azmış kimi hələ bir uzağı pis görmə də tapıldı.

12.  Diş həkiminin qəbuluna əsə-əsə bir nəfər daxil olur. Həkim xəstənin dişinə baxıb deyir:
— Gərək çəkilsin.
Xəstə daha da bərk əsməyə başlayır.
Həkim bir qədəh araq töküb verir xəstəyə.
— Hə için, möhkəm olun!
Xəstə içir və əsməkdə davam edir. Həkim bir qədəh də süzür, içirir xəstəyə, sonra üçüncüsünü də, dördüncüsünü də. Gördükdə ki, xəstə daha əsmir, həkim soruşur:
— Hə, nə oldu? Daha qorxmursunuz ki?
Xəstə deyir:
— Ay Hay! Qorxmuram da sözdü! İndi bir kişinin hünəri var mənim dişimə əl vursun.

13.   — Alo: Doktor, xahiş edirəm, tez gəlin. Arvadımın kor bağırsağının ağrısı tutub!
— Narahat olmayın. İki il əvvəl arvadınızın kor bağırsağını kəsmişəm. Adamda ikinci dəfə kor bağırsaq ola bilməz.
— Düzdü, doktor. Ancaq adamda ikinci arvad ola bilər.

0 şərh