Get, peyğəmbərliyini elə

Bir dəfə Bəhlul özünü peyğəmbər elan edir. Xəlifə bunu eşidib, Bəhlulu hüzuruna çağırtdırır və ondan xəbər alır.
– Sən kimsən?
– Mən peyğəmbərəm – deyə Bəhlul cavab verir.
– Peyğəmbər olduğunu sübut edən bir möcüzə göstərə bilərsənmi ?
– Bəli !
– Məsələn necə?
– Məsələn, mən adamın düşündüyü fikiri oxuya bilərəm?
– Xəlifə sağ olsun, sən fikirləşirsən ki, mən yalan deyirəm, peyğəmbər deyiləm.
Harun gülür :
– Sənə deyəcək sözüm yoxdur. Get, peyğəmbərliyini elə! 

Mənbə: “Şərq Xalqlarının Lətifələri”

0 şərh