Elə isə əmrimdə müntəzir dur


Harun ər-Rəşid həmişə Şeyx Bəhlulu məclisinə çağırtdırıb, onun hazırcavablığından zövqlənib əylənərmiş. Günlərin bir günü xəlifənin vəzirlərindən biri ələ salmaq məqsədilə Bəhlula deyir:

– Muştuluğumu ver, Bəhlul! Əmirəlmöminin səni öküz və eşşəklərə sərkərdə təyin etmişdir.
Bəhlul deyir:
– Deməli, sən də mənim rəiyyətlərimdən birisən. Elə isə əmrimdə müntəzir dur!

0 şərh