Lenin haqqında lətifələr

  • -Vladimir İliç, Sizin yanınıza kənddən nümayəndələr gəlib.
    - Nə gətiriblər?
    - Təzə balıq.
    - Neçə gün yol gəliblər?
    - İki həftə.
    - Balığın hamısını uşaqlara verin.
  • Tatar, yəhudi və çukça Leninin hansı millətdən olması barədə mübahisə edirlər.
    Yəhudi deyir:
    - Şübhə yoxdur ki, o, yəhudidir. “r” səsini deyə bilmir, əlini jiletinin cibinə qoyur. Bu, yəhudi ədasıdır.
    - Yox – deyir tatar - Lenin tatar idi, Kazanda oxuyub, Kazanda yaşayıb..
    Çukça:
    - Amma Lenin çukçadır.
    - Niyə?
    - Çox ağıllı idi...
  • Kənddən Leninin yanına adamlar gəlir:
    - Vladimir İliç, ərzaq sapalağını ləğv edin. Aclıqdan otların hamısını yedik. Belə getsə, mal kimi böyürəcəyik.
    - Düz demirsiniz. Biz Feliks Edmundoviçlə bir çəllək bal yedik, amma arı kimi vızıldamırıq.
  • -Vladimir İliç, qiyamçılar həbs edilib. Nə edək?
    - Güllələyin. Amma əvvəlcə çay içirdin. İsti çay haaa.
  • Teleqram: ”Moskva. Kreml. Leninə. Yoldaş Lenin, kasıb yəhudiyə kömək edin”. Səhəri gün Rabinoviçi lazım olan yerə çağırırlar:
    - Ağlın başındadı? Lenin neçə ildir ölüb?
    - Əşşi, nə vaxt sizə lazımdır, Lenin daim diridir, kasıb yəhudiyə lazım olanda deyirsiniz çoxdan ölüb.
  • Vladimir Lenin25 oktyabr 1917. Smolnı. Sosialist inqilabının qələbəsini elan edən Lenin deyir:
    - Bundan sonra bütün Rusiya ərazisində 8 saatlıq iş günü elan edirəm və bazar günü istirahət ediləcək.
    Sürəkli alqışlar.
    - Əgər biz işlərimizi yaxşı qursaq, həftədə iki gün istirahət edə bilərik.
    Adamlar qışqırırı: “Ura!
    - Əgər biz Fordun texnologiyasını zavodlarda tətbiq edə bilsək, hər həftə üç gün dincələcəyik.
    Hamı əl çalır, papaqlarını göyə atırlar.
    Bir az gözləyəndən sonra Lenin məzəmmətlə deyir:
    - Sizə baxıram, yoldaşlar, deyəsən, işləməyə heç həvəsiniz yoxdu!
  • -Vladimir İliç, Siz niyə “Oxumaq, oxumaq, yenə də oxumaq” şüarını verirdiniz?
    - Mən elə şüar deməmişəm. Qələm yaxşı yazmırdı. Onu düzəldirdim.
  • Doktor mavzoleydən çıxır:
    - Yaşayacaq!
  • Həkimlər Leninin dirildirlər. Biri o birindən soruşur:
    -Əməliyyat necə keçdi?
    -Uğurla.
    -Pasiyentin ilk sözü nə oldu?
    -Lenin yaşadı, Lenin yaşayır, Lenin yaşayacaq.
  • Krupskaya Brejnevin qəbuluna gəlir.
    - Məni tanıyırsınız, şübhəsiz...
    Suslov Brejnevin qulağına pıçıldayır:
    - Bu, Nadejda Konstantinovnadır!
    - Aaa. Nadejda Konstantinovna!
    - Familiyamı da xatırlayırsınız?
    Suslov pıçıldayır:
    - Krupskaya!
    - Əlbəttə, bilirəm, Krupskaya! Sizin əriniz Krupskini də tanıyıram. Bu xeyirxah qocanı kim tanımır?
  • Kommunizmə gedən qatar dayanır. Yol qurtarıb. Lenin:
    – Hamı iməciliyə çıxsın. Yolu düzəldək. Relsləri kapitalistlərdən alaq. Biz olmasaq da, balalarımız kommunizmdə yaşayacaq. Stalin:
    -Qatarın briqadasını və stansiya işçilərini güllələyin. Qalanlar şpal döşəsin.
    Xruşşov:
    – Hamıya bəraət verilsin. Qatarın arxasında olan relsləri söküb qabağa düzün. Otuz ildən sonra kommunizmə çatacağıq. Brejnev:
    – Pəncərələrdəki pərdələri bağlayıb vaqonları yelləyin. Hər bir normal sovet adamı başa düşəcək ki, gedirik.
    Andropov – pəncərədən baxmaq istədi və öldü. Çernenko cəhd eləməmiş öldü. Qorbaçov platformaya çıxdı, baxdı:
    -Nə irəliyə yol var, nə geriyə. Ona görə qatarı yenidən qurmalıyıq.
  • Balaca qız gecə yata bilmirdi. Ana uşağı sakitləşdirmək istəyib soruşur ki, niyə yatmır? Qız deyir: "Qorxuram"
    -Nədən?
    - Tərbiyəçi məktəbdə dedi ki, Lenin diridir və o balaca uşaqları çox sevir...
  • Dzerjinski Leninə zəng edir:
    - Vladimir İliç, nə vaxt güllələyək – nahardan əvvəl, yoxsa sonra?
    - Mütləq nahardan əvvəl. Naharı isə fəhlələrin uşaqlarına verin.
  • - Lenin axmaq deyildi. Onun ilk işi torpaq haqda dekret oldu. Amma kəndlilər torpaq üzü görmədilər!
    - Əvəzində kəndlilər də Leninə borclu qalmadılar – o da torpaq görmədi!..

 

Müəllif: Gülnarə Rəfiq
Həmçinin bax: Vladimir Leninin həyatı

0 şərh