Kovboylar haqqında lətifələr

  1. Kovboy əlində tapança gedir.
    — İki kərə iki neçə edir?
    — Bilmirəm.
    — Part! Axmaqları sevmirəm!
    — İki kərə iki neçə edir?
    — Nəyinə gərək?
    — Part! Kobudları sevmirəm!
    — İki kərə iki neçə edir?
    — Neçə lazımdır?
    — Part! Yaltaqları sevmirəm!
    — İki kərə iki neçə edir?
    — Part! Hər şeylə maraqlananları sevmirəm!
  2. Texasda opera premyerası.
    — Ata, müğənni oxuyanda niyə yellənir?
    — Hərəkət edən hədəfi vurmaq çətindi, oğlum!
  3. Kovboylar yeməkxanada viski içir. Birdən oraya yaralı kovboy girir:
    — Özünüzü qoruyun – deyir və ölür.
    Heç kəs ona fikir vermir. Bu vaxt ikinci yaralı kovboy daxil olur:
    — Özünüzü qoruyun, Ağ Bill gəlir – deyib ölür.
    Yenə heç kəs fikir vermir. Bu vaxt üçüncü yaralı kovboy daxil olur:
    — Özünüzü qoruyun, Ağ Bill gəlir. Hamını öldürür və qarət edir. Kovboylar ayağa qalxmaq istəyəndə kandarda ağ paltarlı, silahlı bir kovboy görürlər:
    — Puularınız çıxarın, əllərinizi boynunuzun dalına qoyun – deyir o.
    Nə etməli? Pulları qoyurlar. Ağ geyimli kovboy pulları kisəyə yığıb deyir:
    — İndi özünüzü qoruyun, Ağ Bill gəlir.
    kovboylar
  4. Co və Bill dağlarda gəzirlər. Billi ilan vurur. Co radiotelefonla həkimə zəng edir. Həkim deyir ki, zəhəri yaradan sormaq lazımdı. Bill soruşur:
    — Həkim nə dedi?
    — Dedi ki, öləcəksən!
  5. Qoca kovboy ölür. Ətrafında qohumları, varisləri və həkim var.
    — Oğrular, yirtıcılar, qaniçənlər… – deyə o zarıldayır.
    Həkim deyir:
    — Hər şey qaydasındadır. O, hələ özününküləri yaxşı tanıyır...
  6. İki kovboy rastlaşır.
    — İşlər necədi?
    — Pis. Arvadım ayağını sındırıb.
    — Axırı necə olacaq?
    — Güllələməli oldum....
  7. -Təəccüblənirəm, Luiza. Neçə ildi, Billə yaşayırsan, bir dəfə də dalaşmayıbsınız.
    — Toydan sonra Bill ilə rançodan qayıdırdıq. Birdən atın ayağı sürüşdü. Bill dedi: «Bir». At ikinci dəfə sürüşəndə Bill dedi: "İki". At üçüncü dəfə sürüşdü və Bill “üç” deyə qışqırdı və tapançanı çıxarıb atı öldürdü. Mən dedim: “Bill, sən nə etdin? Bizim ən yaxşı atımızı öldürdün!”. Bill dedi: «Bir».
  8. Qoca kovboy gənc kovboyu həkimə göstərir:
    — Doktor, kürəkənimə kömək et. Dünən onun qıçından güllə ilə vurmuşam.
    — Bu, yaxşı deyil. Adam öz kürəkənini vurar?
    — Mən onu vuranda hələ kürəkənim olmağa razı deyildi.
  9. Kovboy bara girib 15 butulka pivə sifariş verir:
    — Atım içmək istəyir!
    At içir, kovboy pulu ödəyir. Təəccüblənmiş barmen soruşur:
    — Bəs özünüz içmirsiniz?
    — Nə danışırsız? Mən sükan arxasındayam!
  10. Vəhşi Qərbdə.
    — Ay yetim, al bu konfeti.
    — Mən yetim-zad deyiləm, o dee atam dayanıb..
    Kovboy tapançanı çıxarıb kişini vurur.
    — Ay yetim, al bu konfeti .
  11. Kovboyun atı ölür. O, düzün ortasında üç sutka piyada gedir. Bir də görür ki, bir bitulka var. Ordan bir cin çıxıb deyir:
    — Nə arzun varsa de, yerinə yetirim.
    — Evə getmək istəyirəm.
    Cin onun əlindən tutub dartır:
    -Getdik!
    Kovboy acıqlanır:
    — Mən evə tez çatmaq istəyirəm!
    — Onda qaçdıq...

Həmçinin bax: Yəhudilər haqda anekdotlar

Mənbə: Gülnarə Rəfiqin tərcümələri

 

9 şərh

Yucin
ikinci lətifə lap əladır. çox güldüm bu bayram günündə. təşəkkür edirəm.
ilham
al yetim,al konfeti
ayxansevda
mən də part, kavboyları sevmirəm. onlar saçlarını darayır, görəsən?
Türkəl
İki kovboy barda otururlar. birdən çöldən səs gəlir, «Bang, bang, bang!!! Məni ələ keçirə bilməzsiniz!». Kovboylardan biri təəcüblə baxır, lakin bir söz demir. Çox keçmir bu səs yenidən gəlir, «Bang, bang, bang!!! Məni tuta bilməzsiniz!». Kovboy dözməyib dostundan soruşur, «Axı bu kimdir?», «Ona *Ələkeçməz* Conni deyirlər», «Niyə axı *ələkeçməz*?», "Çünki o heç kəsin zibilinə dərman deyil..."
2ral
Да кому он на хуй нужен… sözünü tərcümə etmək çətin məsələdir. Yaxşı alınıb.
burla xatun
Kovboylar haqqında ən məşhur lətifələrdən biridir bu. Amma bizim dildə tərcümə çətin alınır. Orijinalda belədir:
Приезжий человек на Диком Западе зашел в салун, заказал себе виски с содовой, сидит пьет. Вдруг слышит на улице крики, выстрелы. Спрашивает у ковбоя за соседним столиком:
— Что это там такое?
— Это Неуловимый Джо балуется, — лениво отвечает тот.
— А почему он Неуловимый? Соберитесь все и поймайте.
— Да кому он нафиг нужен?
Türkəl
O boyda ZƏHMƏT çəkib öz dilimizdə yazmışdım, bunu təzdən rusca yazmağa nə ehtiyac var idi?  :))
memmed30

LETIFELER COX XOSHUMA GELDI TEZ-TEZ YAZSAZ LAP ELA OLARDI,TEBII KI,ZEHMET OLMASA...


 

bankir
Luiza və Billin lətifəsi bütün xalqlarda var. Mən onu hansısa Azərbaycan kinosunda da görmüşəm.