Gülməli statuslar

  • Ən böyük icad copy-paste prinsipidi məncə,elə burda da çoxsu ondan istifadə edir.Ən böyük icad copy-paste prinsipidi məncə,elə burda da çoxsu ondan istifadə edir.Ən böyük icad copy-paste prinsipidi məncə,elə burda da çoxsu ondan istifadə edir.
  • Ev telefonu ilə danışarkən “hardasan?” sualını verən insanlar məncə seçilmiş insanlardır.
  • Mən heyvanları çox sevirəm.Məsələn,yolda it görəndə hürkməsin deyə yolumu dəyişdirirəm.Bax belə insanam!
  • Hakimlik sınağından keçmədiyinə görə ağlıyan tanışıma “göz yaşlarına belə hakim olmursan” dedim.Artıq tanış deyilik.
  • Ya ümidsizsiniz,ya ümid sizsiniz,
  • Ya səviyyəsizsiniz,ya səviyyə sizsiniz!gülüş ömrü artırır
  • Həkim “qorxduqlarının üzərinə getməlisən” deyincə,məhlədə Xeyrulla dayının üstünə qaçdım,ağzımı burnumu əzdi.
  • Avtobusa minəndə günəşin hansı tərəfə gələcəyini hesablayıb digər tərəfdə oturanlar,Eynşteyndən daha zəkalıdılar məncə.
  • “Özüm ölüm,rusca bilsəyədimaa,nə qədər rus qızı tutardımee” deyən qaqaş: Ana dilin Azərbaycanca nə qədər azərbaycanlı qızı tuta bildin?
  • Bu həyatda “bilmirəm” kəlməsi olmasaydı,nə edərdik bilmirəmeee.
  • Məndən sizə məsləhət:Gənclikdə buraxdığınız səhvləri Nərimanovda buraxmayın!

Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.
Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.

Həmçinin bax:
Gülməli yazılar
 

16 şərh

ayxansevda

heçnə yox, amma Ev telefonu ilə danışarkən “hardasan?” sualını verən insanlar... cümləsini oxuyanda elə bildim ki, ardı qınayıram olacaq. :)


Hakimlik sınağından keçmədiyinə görə ağlıyan tanışıma “göz yaşlarına belə hakim olmursan” dedim.Artıq tanış deyilik. — bu cümlə iki dəfə verilib.


Bu həyatda “bilmirəm” kəlməsi olmasaydı,nə edərdik bilmirəmeee.-bu cümləninsə yeri var.maraqlı yazılara görə təşəkkürlər, əllərinizə sağlıq

ORIGINAL
ayxansevda,diqqətnizə görə təşəkkürlər.Artıq o dediyiniz 2 dəfə yazılmanı sildim...
Sizə də əməyə qiymət verdiyinizə görə minnətdaram…
seyran
Çox maraqlı idi. Xüsusəndə ümüd və səviyyə məsələləri. Bir də sayənizə bildim ki, Eynşteyndən daha zəkalıyam.
Nailə_Qasarayeva
Ən böyük icad copy-paste prinsipidi məncə,elə burda da çoxsu ondan istifadə edir. Bu cümləni 3 dəfə niyə yazdız ki? Ən çox xoşuma gələn Ya ümidsizsiniz,ya ümid sizsiniz oldu.
ORIGINAL
Nailə,diqqənizə görə təşəkkürlər...copy-paste sözünün yəqin ki,mənasını bilirsiz,elə məhz onu tam obrazlı şəkildə təsvir etməkçün elə yazılıb))
Rene
Superrrrrrr :DDDDDDD Esas da bu 3u:
Ev telefonu ilə danışarkən “hardasan?” sualını verən insanlar məncə seçilmiş insanlardır.
Həkim “qorxduqlarının üzərinə getməlisən” deyincə,məhlədə Xeyrulla dayının üstünə qaçdım,ağzımı burnumu əzdi.
Məndən sizə məsləhət:Gənclikdə buraxdığınız səhvləri Nərimanovda buraxmayın!

ATTILA

tesekkur… birini de men yazim--


Parazitler bagirsaqda yasayir,  bagirmasaq  da...

yravil
qaqas deyəsən sən ozün Ən böyük icad copy-paste prinsipidi məncə,elə burda da çoxsu ondan istifadə edir.Ən böyük icad copy-paste prinsipidi məncə,elə burda da çoxsu ondan istifadə edir.Ən böyük icad copy-paste prinsipidi məncə,elə burda da çoxsu ondan istifadə edir.burada copy paste duyməsini 3 dəfə basmisan
ORIGINAL
Düzdü,bilərəkdən 3 dəfə yazmışam.Yuxarıda da qeyd etmişəm ki,elə məhz onu tam obrazlı şəkildə təsvir etməkçün elə yazılıb))
alan
Superrrrrrr :DDDDDDD
Medikamentoz
Copy paste təkrari vaxt və məmulat itkisinin qarşısını almaq üçün yaradılıb,müəllif hüququnu qorumaq üçün isə copyright və digər vasitələr var.
hard
Birini də mən deyim: ya yeteneksizsiniz, ya da yetenek sizsiniz :)
azadmamedov90
zənnimcə hələki həyat qabaqdadır..bəs qabaq hardadlr?