Gülməli lətifələr

Dəlilərin məşqi
Bir gün 2 dəli dəlixanadan qaçış planı hazırlayır və gecə qaçırlar. Səhəri gün hamı görür ki, bunlar yoxdu. Bir də görürlər ki, həmin 2 dəli qayıdırlar. Digər dəlilər soruşur ki, niyə qayıtdız. Qaçan dəlilərdən biri cavab verir ki, dünən məşq eləyirdik, bu gecə qaçacağıq.
İki ləzgi
İki ləzgi olur bunlar meşəyə ova gedir. Yorulular, bir yerdə oturub yemək yeyirlər. Yemək yedikləri yerdə milçəklər bunları yemək yeməyə qoymurlar. Milçək ləzginin birinin alnına qonur, o birsi ləzgi deyir: can qardaş dayan dayan milçəyi vuracam. Ləzgi tüfəngdən ləzginin alnınan bir dənə vurur. Ləzgidə ölür milçək də. Ləzgi deyir: cəhənnəmə ki onlardan da biri getdi, bizdən də biri.
Nənənin harayı
Bir qoca arvad küçə ilə yol gedərkən bir məscid görür, məscidin yanında da bir nəzir qutusu görür. Nəzir qutusuna əli əsə-əsə beş qəpiklik atır və deyir: Ay Allah sən özün ömrümü uzat! Arvad yolun o tərəfnə keçir bir maşın arvadı vurub sərir yerə. Ele bu vaxtı bir gənc oğlan da nəzir atmaq istəyəndə arvad can verə-verə başını qaldırıb deyir: A bala ora pul atma, ora işləmir.
Səhrada su
Səhrada ölməkdə olan adam sürünür. Təsadüfən ordan cip keçir. Adamlar onu görüb köməyə çalışırlar:
- Su, tez olun.
Ona fincanda su gətirirlər.
Can verən kişi gözlərini açıb güclə soruşur:
- Qaynanmışdı?
Ağıllı dəlilər
İki dəli imtahana girir. İmtahan qurtarandan sonra çıxır. Biri o birindən soruşur:
- Necə yazdın?
- Boş vərəq verdim. Bəs sən?
- Mən də heç nə yazmadım boş vərəq verdim.
- Onda elə biləcəklər köçürmüşük.
İt
Kişinin iti ölür dostları ələ salmaq üçün gəlir onun yanına və başlayırlar:
- axır qəmin olsun! Yaddan çıxar təzə it alarsan fikir eləmə.
Kişi qayıdıb deyir:
- Heç bilmirdim itimin bu qədər tanışı var.
Uşaq və sürücü
Bir gün bir sinif avtobusa minirlər. Bir az gedəndən sonra avtobus xarab olur. Sürücü düşüb avtobusu düzəldəndə bir oğlan gəlir deyir:
- Dayı mən billrəm avtobusa nə olub.
Sürücü deyir:
- Get başımdan.
Sonra uşaq yenə gəlir deyir:
- Mən billirəm axı.
Sürücü deyir:
- Ay bala sənə deyirəm get başımdan.
Uşaq yenə gələndə deyir:
- Mən bilirəm nə olub avtobusa.
Sürücü deyir:
- Hə, nə olub?
Uşaq:
- Avtobus xarab olub.
Kişinin yıxılması
Bir kişi olur yatağa girmək istəyəndə birdən yıxılır, durur ikinci dəfə uzanmaq istəyəndə yenə yıxılır. Durub belə deyir:
- Ə, nə yaxşı birinci dəfə qalxdım, yoxsa üstümə yıxılardım.
Polis
Günlərin bir günü polis ayını tutub boğazına ip bağlayır. Yolda gedəndə bir ağsaqqal deyir:
- Ay qardaş, bu iti hara aparırsan.
Polis ağsaqqala deyir:
- Ağsaqqal bu it deyil, bu ayıdı.
Ağsaqqal polisə deyir:
- Mən səninlə deyiləm, ayı qardaşnanam.
Türkün ləhcəsi
2 türk yol ilə gedirlər. Bunlardan birinin yolda ürəyi gedir. O biri türk deyir:
- Bayıldı, bayıldı.
Yoldan keçən bir nəfər də deyir ki, alə bura bayıl deyil e, bura Əzizbəyovdu.
Ləzginin zəhərlənməsi
Bir gün ləzgi toya gedib toyda dolma yedikdən sonra zəhərlənir, xəstəxanaya düşür, özünə söz verir ki, dolma yeməyəcək. Üstündən bir neçə ay keçir, bu yenə toya gedir.
Onun stoluna küftə gətirirlər. Ləzgi qayıdıb deyir:
- Can qardaş, elə bildin tanımadım? Köynəyini çıxarıb gəlmisən də.
Çayda çimmək
Bir nəfər çayda çimmək istəyir. Amma batmaqdan qorxur. Körpünün üstündə alkaş oturubmuş. Bu da soruşur, ay qardaş suda batmaram ki? Alkaş deyir yox.
Bu suya girir batır boğula-boğula deyir:
- Bəs deyirdin su dərin deyil?
- Eh nə bilim bayaq 3 ördək üzürdü su sinələrindən idi.
Dovşan
Dovşan avtobusa minir görür yer yoxdu. Deyir kim mənə yer verməsə dünənkini edəcəm. Ayı qorxur durur ona yer verir. Düşəndə maraqdan özünü saxlaya bilməyib soruşur:
- Dovşan qardaş, dünən neynəmişdiz ki?
- Heç nə, ayaq üstə getmişdim.
2 dəli və dəmir yolu
2 dəli dəlixanadan qaçır. Dəmiryol reysi ilə gedirlər. Birdən biri deyir, ee bəsdi düş indi piyada gedək.
Qoca kişi
Bir kişi yoldan keçir. Restoran görür, görür ki, onun adı "gəlin, yeyin, için, pulunuzu nəvəniz verəcək". Bu kişi də gedib oturur, stolun üstünə hər şey düzdürür, qəşəng yeyib içir, sonra bu kişiyə hesab gətirirlər. Kişi də deyir, bəs qapının ağzına yazmısınız hesabı nəvəniz verəcək. Ofisiant da deyir ki, bu sizin babanızın hesabıdır.
Qarson və klient
Bir gün bir restorana kişi gəlir. Qarsona deyir, bəs sizin soyuq çayınız var? Qarson deyir yox. Kişi çıxır gedir. Hər gün bu hadisə 4-5 dəfə təkrar olunur. Axırı qarson bezib restoran sahibinə məsələni danışır. O da deyir ki, çayı qoy dəmlənsin, sonra qoy soyuducuya, gələndə o kişiyə ver içsin. Qarson belə də edir. Elə həmin gün kişi gəlir, deyir bala soyuq çayın var? Qarson yekə-yekə deyir hə. Kişi deyir onda qoy isinsin, gətir içək.

1 şərh

Türkəl
Ləzgilər haqqında ən axırıncı lətifə:

Bir gün ləzgi evdə oturur, birdən dönüb lətifəni danışana deyir, «Can qardaş, bəsdir də lətifədə məni axmaq göstərdin, ondansa ermənini ələ sal, axı mənim sənə nə pisliyim dəyib?»