Рейтинг
+45.12

Lətifələr

49 üzv, 81 topik

Molla Nəsrəddin lətifələri

Qorxulu dilənçi

Teymur Ləng Molla Nəsrəddinə əmr eləyir ki:

-Şəhər dolub dilənçi ilə. Özləri də elə üzlü, elə həyasız olublar ki, tutduqlarını buraxmırlar. Kağız-qələm götürüb lap o həyasızlarının siyahısını tutarsan, şəhərdən sürgün eləyəcəyəm.

Molla kağız-qələm götütüb, Teymurun öz adını birinci yazır, özünə verir. Teymur kağıza baxan kimi dəli olur. Molla deyir:

-Niyə hirslənirsən, qibləyi-aləm! Özün dedin ki, lap həyasız dilənçilərin adını yazıb sənə verim. Mən də yazdım də.. .

Teymur deyir:

-A kişi, mən boyda Teymur Ləng dilənçiyəm? Özü də lap həyasızı?

Molla deyir:

-Niyə hirslənirsən, qibləyi-aləm?! Cidanı çuvalda gizlətmək olmaz. Dilənçisən özü də lap həyasızından.

Teymur deyir:

-Demək sənin fikrincə, gərək mən şəhərdən sürgün olunam?

Molla deyir:

-Bəli qibləyi-aləm! O biri dilənçilər sənin kimi qorxulu deyillər. Onlar camaatdan yalvarıb-yaxarıb alırlar. Amma sən döyüb-söyüb alırsan.

 


Ardı →

Əlişir Nəvainin lətifələri

Əlişir NəvaiTanınmış şair və sufi ustadı Əlişir Nəvai (1441 — 1501) zəmanəsinin nüfuzlu hökmdarı Sultan Hüseyn Bayqaranın (1438 — 1506) sarayında vəzirlik edirmiş.
Bir gün sultan ondan soruşur ki, dünyanın harasında ağcaqanad yoxdur.
Nəvai deyir:
— İnsanın olmadığı yerdə.
Vəzirini pis vəziyyətdə qoymaq və yanıldığını ona isbatlamaq üçün sultan ona ata minib, şəhər kənarına gəzintiyə getməyi təklif edir. Ucqar bir yerə gəlib çıxırlar. Bir hovur dincəlmək üçün bulaq başında oturduqları zaman bir neçə ağcaqanadın vızıltısı sultanın zəhləsini tökür. Qanı qaralan Hüseyn Bayqara istehza ilə Nəvaidən soruşur:
— Bəs deyirdin insan olmayan yerdə ağcaqanadlara rastlanmır?
Əlişir Nəvai soyuqqanlı şəkildə cavab verir:
— Yoxsa biz insan deyilik?!


Ardı →

Ağ qoyun, yoxsa qara?

   Bir nəfərin oğlu olur. Uşaq olmamışdan qabaq sən demə bu adam biri ağ rəngdə, digəri də qara rəngdə iki qoyun alıb qapısına bağlayıbmış ki, bəs övladı olsa bunları kəsəcək. Vaxt bitir, vədə çatır, qoyunları kəsmək zamanı yetişır. Kişi oturub fikirləşir ki, hansını birinci kəsim, axı qaranı birinci kəssəm ağ qoyun inciyəcək, yox əgər ağı birinci kəssəm qara inciyəcək. Çox fikirləşir, axırda kənd ağsaqqalının yanına gedir və əhvalatı ona danışır. Ağsaqqal bu işin çox qəliz məsələ olduğunu bildirib ona şəhər qazısına müraciət etməsini bildirir.
Ardı →

Atanın dəyəri

Bir gün bir nəfərin atası vəfat edir, yasdan sonra oğlan özünə bir dənə lada 2107 alır. Dostu ilə görüşən zaman dostu ondan bu maşını nə ilə aldığı ilə maraqlanır. Axı o hal-hazırda xərcin-borcun içində olmalı idi, çünki, işləmir, üstəlik yas məclisini təşkil etməyə, qəbir daşına və sairə xərci çıxıb. Dostunun sualına oğlan cavab verir:
  — atam sağlığında hörmətli kişilərdən olub, çoxlu imkanlı dostları varıymış, sağ olsunlar, hər biri mənə yaxşı köməklik etdilər. Mən də bütün xərclərimi çəkdim, yerdə qalan pul ilə isə özümə maşın aldım.
Bu söhbətdən sonra dostu evə gedir. Axşam atası işdən gələn kimi soruşur:
  — Ata, sənin hörmətin var?
  — Necə yəni, ay bala?
 -Deyirəm, yəni imkanlı dostların var?
 -Hə, niyə yoxdu, filan bankın müdiri mənim yaxın dostumdu, univermağın sahibi tanışımdır, qrup yoldaşlarımın hamısı vəzifədə işləyir.Bir sözlə əlim hər yerə çatır.
 Oğlan atasının kürəyindən əlinin içi ilə yavaşdan vurub deyir:
  — Mercedesdiyeeee )))
Davamı →

Motosikletli eşşək

Bərdə ətrafında məskunlaşmış köçkünlərdən bəzi ailələrin uşaqları Yuxarı Qarabağ kanalından balıq tutub satıb azuqə eləyirdilər.
Bir dəfə bir neçə uşaq Qarabağ kanalından balıq tutmaq istəyirmişlər. Sözləşiblər ki, tilovla tutmaqdan bir şey çıxmaz, tor qursunlar ki, əməlli-başlı qənimət olsun.
-Nə tor?!, — uşaqlardan biri etiraz eləyir, — ayrı şey fikirləşmək lazımdı. Toru gözləmək lazımdı. Gəlib iş üstündə tütarlar, qanımız gedər.
— Ayə, mən yaxşı bir üsul bilirəm, — o biri uşaq deyir, — suya tok (cərəyan) buraxırsan, balıqlar keyləşib qarnıüstə qalırlar – yığ ki yığasan!
Təklifi hamı bəyənir...

Bəs toku nəylə buraxsınlar? Generatorla. Generatoru hardan alsınlar? Bir saatlıq kirəyə götürsünlər. Bəs kanala nəylə aparsınlar? Əllərində ağır olar, taksi tutmaq da xatalıdı — polis duyuq düşər. Evrika!!! Generatoru qoyaq eşşəyin belinə, aparaq! Əla fikirdi! Özü də qara eşşəklə ki, gecə qara, cücə qara, — görən olmasın…
Ardı →

Molla Nəsrəddin

Molladan soruşurlar:
— Molla, rus dilində bilirsən?
Molla cavab verir:
— Bəli.
— Rusca «bura gəl», necə deyirlər?
-İdi suda.
-Bəs, «o yana get», necə deyirlər?

Molla gülüb, deyir:
— Paaah, burda çətin nə var ki? Gedərəm o yana, yenə də deyərəm — «idi suda».
Davamı →

4 lətifə

Bağ sahibi və oğru
Bir adam başqasının bağçasındakı ağacın başına çıxmış, şiddətlə budaqları silkələyir, meyvələri yerə tökürdü. Bağın sahibi gəlib:
“ — Ay alçaq!” dedi. “Allahdan utanmırsan? Bu nə hərəkətdir?”
Oğru belə cavab verdi:
“ — Allahın bağından Allahın bəndəsi, Allahın ehsan etdiyi xurmaları yeyirsə sən niyə onu qınayırsan, zəngin olan Allahın ehsanını niyə qısqanırsan?”
Bağ sahibi xidmətçisini çağıraraq:
“ — O kəndiri bura gətir, bu sərsərinin cavabını verəcəyəm” –dedi.


Ardı →

Baməzə Habil Əliyev

Bir gün Habil Əliyev müğənni Nazim Ağayevlə üz-üzə gəlir. Onun kefsiz olduğunu görüb soruşur ki, Nazim nolub?
Nazim Ağayev gileylənir:
— Həkimdən gəlirəm. O, mənə dedi ki, belimdə, dizimdə, ayağımda duz yığılıb. Məndə möhkəm duzlaşma gedir.
Habil Əliyev zarafatla deyir:
— Nazim, həkim gözünün içinəcən yalan deyir. Azərbaycanda səndən duzsuz adam yoxdur. Fikir eləmə!

Sovet dönəmləriydi. Yayın cırhacırında Bakıdan Qubadlının kəndlərindən birinə kolxozçular üçün konsert veməyə getmişdik. Klubda adamlar ət-ətə durmuşdular, içəri boğanaq idi. İlk çıxışı mənə verdilər. Elə kamançanı təzəcə çalmağa başlamışdım, gördüm nəfəs ala bilmirəm. Bir az da tox olduğumdan ürəyim ağzıma gəlirdi. Bu, azmış kimi birdən içərini üfunət iyi bürüdü. Hava lap dözülməz oldu.
Qabaq cərgədə oturmuş kolxoz sədri mənim bərk narahat olduğumu görüb ayağa durdu və geri dönüb ucadan qışqırdı:
— Əəə, Surxay, dur rədd ol bayıra! 


Ardı →

Düşük lətifələr

Bir gün iki dəli söhbət edir.
-O gün yolda 10 dollar tapdım.
-Bəs hanı?
-Tulladım əşi.
-Niyə?
-Saxta idi. Harda görmüsən 10 dolların üstündə iki sıfır olsun?

*******

Bir gün ərlə arvad yol ilə gedəndə bir pingvin tapırlar.Bilmirlər nə eləsinlər.Ər deyir ki, gəl polisə deyək.Belə də edirlər.Onlar başlarına gələni danışırlar.Deyirlər ki,biz bilmirik indi bu pingvini neyləyək.Polis də bir az fikirləşib deyir ki, ən yaxşısı siz bunu zooparka aparın.Səhəri gün polis yenə işə gedəndə görür ki həmin ərlə arvad pingvinlə gedirlər.Polis onlara yaxınlaşıb soruşur:
-Siz dünən bunu zooparka aparmadınız??
Ərlə arvad cavab verirlər:
-Dünən zooparka apardıq bu gün də Luna parka aparırıq


Ardı →