Natiqlik sənəti

Natiq nitq mədəniyyətinin əsas şərtlərinə — düzgünlüyə, dəqiqliyə və ifadəliliyə əməl edən şəxsdir.

Natiqlik sənətinin əsas tələbləri aşağıdakılardır:

  • Düzgün, dəqiq və gözəl (ifadəli) danışmaq;
  • Auditoriyanm səviyyəsini, xarakterini nəzərə almaq, auditoriya üçün anlaşıqlı olmaq;
  • Nitqin intonasiyasına, ritminə fikir vermək və onlara uyğun bədən, baş və əl-qol hərəkətləri etmək;
  • Mümkün qədər yığcam danışmaq, mətləbdən uzaqlaşaraq dinləyiciləri yormamaq;
  • Nitqə (çıxışa, mühazirəyə və s.) əvvəlcədən hazırlaşmaq, sonra isə təhlil edib konkret nəticələr çıxarmaq.

Natiqlik həm bir sənət, həm də bir elm kimi lap çoxdan formalaşmışdır. Natiqlik elminə ritorika da deyilir və natiqliyin aşağıdakı sahələri mövcuddur:

  • bədii natiqlik
  • akademik natiqlik
  • siyasi natiqlik
  • inzibati-idarə natiqliyi
  • işgüzar natiqlik.

Natiqlik sənətinin mühüm şərtlərindən biri əl-qol hərəkətlərindən — «jestlərdən» istifadə etməkdir. Jestlər nitqin tə-sirliliyini artırır, ona emosionallıq verir.

Bütün natiqlərin eyni jest sistemindən faydalanması mümkün deyil. Adətən, hər bir natiqin özünəməxsus jest üslubu olur.

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

0 şərh