Kiçik matorikanın inkişafı

Valideynləri  narahat  edən   məsələlərdən  biri  də  “Kiçik   matorikanın”-  barmaqların  hərəkətliliyinin  asta  olmasıdır. Amma   bu  narahatlıq  əsassızdır.  Çünki  bunu  müəyyən tapşırıqlarla  bərpa etmək  mümükündür. Kiçik  matorikanın  inkişafı  həm  də  nitqin  inkişafına  da    təsir  edir.  Kiçik  matorikaya  aid  oyunlar  və  tapşırıqlar  nitqin  inkişafına  stimullaşdırıcı  təsir  göstərir.  Bu  tapşırıqlar  və  oyunlar  tonusun  saxlanılmasına  və  beyin  qabığının  iş  qabiliyyətinə  güclü  təsir  göstərir. Kiçik matorikanın inkişafı
Uşaqlarda  kiçik  matorikanın  inkişafı  diqqəti  yaxşılaşdırır,  yaddaş,  eşitmə  və  vizual  görmə,  səbir, oyun  və praktik  fəaliyyət    formalaşdırılır.  Barmaqlarda   böyük  miqdarda   resoptorlar var.  Həmin  reseptorlar  insanın  mərkəzi   sinir   sisteminə   impulsları  yollayır.   Barmaqların  masajı   güclü   təsirə  malikdir.  Hər  bir  barmağın  özünəməxsus   xüsusiyyətləri  var.     Böyük  barmaq   beynin  funksionallığını ,   fəallığını   yüksəldir.    Şəhadət  barmağının   masajı  mədənin   vəziyyətinə   təsir   edir. Orta   barmaq      bağırsaqlara,  adsız  barmaq   qaraciyərə   və  böyrəklərə, çeçələ   barmaq    ürəyin  fəaliyyətinə  kömək  edir.  Sübut  edilmişdir  ki,   əllərin  manipulyasiyaları  əsəb fəaliyyətinə  güclü  təsir  edir.   Əllərin  sadə  hərəkətləri  əqli  yorgunluğu  aradan  götürür,  çox  səslərin  tələffüzünü   yaxşılaşdırır, uşağın   nitqini   inkişaf  etdirir.  Əlin  hər  barmağının   qabığında  kifayət   qədər  sinir nöqtələri var. Əllərin,  barmaqların  incə  hərəkətlərinin  inkişafı  hecaların  artikulyasiyanın  yaranmasına  səbəb  olur. 
Valideynlərə  məsləhət;  Uşaqda  kiçik  matorikanın zəif olmasını  aşkar  etdikdə ,məyus  olmayın. Barmaq  gimnastikası   edin. Bütün  tapşırıqları  yavaş  yavaş  tempdə ,  əvvə  bir   əl,  sonra  digər   əli  masaj  etmək  və   gimnastikaları  bir  neçə   dəqiqə  ərzində  yerinə  yetirin.
Əziz  valideynlər, kiçik  matorikanın  inkişafı  nitqin  inkişafı  ilə  birbaşa   bağlıdır. Uşaqların  kiçik   matorikanın  inkişafına  aid  olan  tapşırıqların  xeyrini  gəcələkdə görəcəksiniz.
 


Müəllif: Defektoloq — Loqoped  Ə. Səbin
Mənbə: geleceknesil.az
 

0 şərh