Рейтинг
0.00

Linqvistika və nitq

4 üzv, 15 topik

Nitq prosesində tələffüz, intonasiya və orfoepiyanın rolu

Tələffüz nitqin şifahi qoluna aiddir. Natiq yazdığı nitqi şərh edərkən və ya nəyin isə haqqında danışarkən onun tələffüzü mühüm rol oynayır. Tələffüz nümunəvi nitqin mühüm amilidir. Hər bir nitq necə tərtib olunursa-olunsun, onun dinləyiciyə çatdırılması tələffüzün üzərinə düşür. Sözlərin düzgünlüyü, səlisliyi, aydınlığı tələffüzün əsasını təşkil edir. Nitqin gözəlliyinə xidmət edən diksiya aktyor, müəllim, diktor üçün çox mühümdür. Hər bir natiq nitqini şərh edərkən, emosionallığa ciddi riayət etməlidir. Çünki diksiya emosionallıqla bilavasitə əlaqədardır. Dinləyicilərin diqqətini cəlb edən məsələlərdən biri də nitqdə səs tembrindən düzgün istifadə olunmasıdır. Natiq nitqi şərh edərkən auditoriyanı nəzərə almalı və səsin tembrini ona uyğun şəkildə qurmalıdır. Nitqdə təsvir olunan hadisələrlə yaşayan natiq səsinin tembrində də bunu hiss etdirməlidir. Yeri gəldikcə tempi dəyişməlidir.


Davamı →

Ritorika və onun başqa elmlərlə əlaqəsi

Çox vaxt ritorika (bəlağətlinitq) ilə nitq mədəniyyətini eyniləşdirmişlər. Ritorika yunanca natiqlik haqqında elm deməkdir, geniş mənada isə bədii nəsr — bədii oxuma sənəti mənasında işlədilir. Qədim Yunan və Roma natiqləri S.Siseron, Kvantilian ritorikanı 5 hissədən ibarət hesab etmişlər: materialın tapılması (seçilməsi); yerləşdirilməsi (ardıcıllıq); sözlərlə ifadəsi (yüksək orta və aşağı üslubda ifadə etmək), habelə sözlərin seçilməsi; yadda saxlamaq (yada salmaq) və nitqin ifadəsi.

Bu qədim sənət növü insanlara böyük hörmət gətirirdi. Sonralar isə V.Hüqodan başlayaraq ritorika gurultulu ifadələr, mənasız sözlər yığını, hay-küy mənasında işlənmişdir. Nitq mədəniyyəti isə başlıca olaraq ritorikanı özündə əks edirir. Başqa sözlə, ritorikasız nitq mədəniyyəti ola bilməz.


Davamı →

Ritorikanın qısa tarixi

Yunanıstanda ritorika

Ritorikanın tarixi e.ə. V-IV əsrlərdən başlanır. Ritorika dedikdə, onu həm sənət, həm də elm kimi başa düşmək lazımdır. Qədim Yunanıstanda məhkəmələr açıq havada çoxsaylı insan izdihamında keçirilməli, habelə bayramlar, təziyələr, dostluq görüşləri çox izdihamlı olardı. Burada xalqın hörmətini qazanmış Demosfen, Lisi, Sokrat, Perik kimi məşhur ritorlar çıxış edərdi. Onlar böyük nüfuza malik və savadlı insanlar idi. Eyni zamanda ritorikanın nəzəri problemləri də hazırlanır — sistemləşdirilir, elmi-nəzəri əsərlər meydana gəlirdi. Bu əsərlərdə ritorika — natiqlik sənətinin sirrləri və onlara yiyələnmək yolları göstərilirdi.


Davamı →

Türk dilləri ailəsi

İlk dövrlərdə dünya dilləri çox az sayda olub. Zaman keçdikcə bu dillər arasında bölünmə getmiş, bir dildən onlarla yeni dil formalaşmış və formalaşanlarında hər birindən sonralar yenə başqa dillər əmələ gəlmişdir.Bu gün dünyada 3500-dən çox dil var. Bu törəmə prosesi ilə yanaşı, həm də onlarla dil ölmüşdür. Bir kökdən törəyən dillər qohum dillər adlanır. Qohum dillərin hamısına dil ailəsi deyilir. Qədim ulu türk dili aşağıdakı şaxələrə ayrılır. Oğuz dili, Qıpçaq dili, Qarluq dili, Sibir dili, Çuvaş dili, Saxa (yakut dili) dili.


Davamı →