Рейтинг
0.00

Linqvistika və nitq

2 üzv, 14 topik

Daha inamlı və inandırıcı ünsiyyət üçün tövsiyələr

1. “Amma” əvəzinə “və” istifadə edin. Məsələn, “Siz bunu düz etmisiniz, amma…” əvəzinə “Siz bunu düz etmisiniz, və… “ deyin. Çünki “amma” özündən əvvəl deyilən hər şeyin üzərindən xətt çəkir.
2. “Buna baxmayaraq” əvəzinə “və” istifadə edin. Məsələn, “Mən sizin üçün bunun nə qədər çətin olduğunu bilirəm, buna baxmayaraq…” əvəzinə ““Mən sizin üçün bunun nə qədər çətin olduğunu bilirəm və …” deyin. Çünki “buna baxmayaraq” ifadəsi sizin həmsöhbətinizə açıq-aydın bildirir ki, onun hiss, arzu və gözləntiləri sizin heç vecinizə də deyil.
3. Kobud “yox” deməkdən çəkinin, çünki bu ifadə müəyyən intonasiyayla deyildiyində, həmsöhbətinizdə böyük neqativ təəssürat yarada bilər.
Davamı →

Sizcə loqopedə nə zaman müraciət etmək lazımdır?

1-ci ayın axırında uşaq yeməkdən əvvəl heç vaxt qışqırmır.
4-cü ayın axırında körpə onunla danışanda heç qımıldanmır və  gülmür.5-ci ayın axırında  körpə adamları axtarmır, musiqiyə qulaq asmır.
7-ci ayda yaxınlarının səsini tanımır,  tələffüzə düzgün reaksiya vermir, musiqili oyuncaqlara üstünlük vermir. Uşağı müraciət edəndə, hətta onu adı ilə çağıranda reaksiya vermir, lakin başqa çox sakit səsləri eşidir.
9-cu ayın axırında körpənin qığıltısı yoxdursa və o böyüklərin ardınca müxtəlif səsləri ve hecaları təkrarlaya bilmirsə, danışanın intonasiyasını (tələffüz) yamsılamaq istəmirsə.

Davamı →

Kiçik matorikanın inkişafı

Valideynləri  narahat  edən   məsələlərdən  biri  də  “Kiçik   matorikanın”-  barmaqların  hərəkətliliyinin  asta  olmasıdır. Amma   bu  narahatlıq  əsassızdır.  Çünki  bunu  müəyyən tapşırıqlarla  bərpa etmək  mümükündür. Kiçik  matorikanın  inkişafı  həm  də  nitqin  inkişafına  da    təsir  edir.  Kiçik  matorikaya  aid  oyunlar  və  tapşırıqlar  nitqin  inkişafına  stimullaşdırıcı  təsir  göstərir.  Bu  tapşırıqlar  və  oyunlar  tonusun  saxlanılmasına  və  beyin  qabığının  iş  qabiliyyətinə  güclü  təsir  göstərir.

Davamı →

Türk dilləri ailəsi

İlk dövrlərdə dünya dilləri çox az sayda olub. Zaman keçdikcə bu dillər arasında bölünmə getmiş, bir dildən onlarla yeni dil formalaşmış və formalaşanlarında hər birindən sonralar yenə başqa dillər əmələ gəlmişdir.Bu gün dünyada 3500-dən çox dil var. Bu törəmə prosesi ilə yanaşı, həm də onlarla dil ölmüşdür. Bir kökdən törəyən dillər qohum dillər adlanır. Qohum dillərin hamısına dil ailəsi deyilir. Qədim ulu türk dili aşağıdakı şaxələrə ayrılır. Oğuz dili, Qıpçaq dili, Qarluq dili, Sibir dili, Çuvaş dili, Saxa (yakut dili) dili.


Davamı →

Ritorikanın qısa tarixi

Yunanıstanda ritorika

Ritorikanın tarixi e.ə. V-IV əsrlərdən başlanır. Ritorika dedikdə, onu həm sənət, həm də elm kimi başa düşmək lazımdır. Qədim Yunanıstanda məhkəmələr açıq havada çoxsaylı insan izdihamında keçirilməli, habelə bayramlar, təziyələr, dostluq görüşləri çox izdihamlı olardı. Burada xalqın hörmətini qazanmış Demosfen, Lisi, Sokrat, Perik kimi məşhur ritorlar çıxış edərdi. Onlar böyük nüfuza malik və savadlı insanlar idi. Eyni zamanda ritorikanın nəzəri problemləri də hazırlanır — sistemləşdirilir, elmi-nəzəri əsərlər meydana gəlirdi. Bu əsərlərdə ritorika — natiqlik sənətinin sirrləri və onlara yiyələnmək yolları göstərilirdi.


Davamı →

Ritorika və onun başqa elmlərlə əlaqəsi

Çox vaxt ritorika (bəlağətlinitq) ilə nitq mədəniyyətini eyniləşdirmişlər. Ritorika yunanca natiqlik haqqında elm deməkdir, geniş mənada isə bədii nəsr — bədii oxuma sənəti mənasında işlədilir. Qədim Yunan və Roma natiqləri S.Siseron, Kvantilian ritorikanı 5 hissədən ibarət hesab etmişlər: materialın tapılması (seçilməsi); yerləşdirilməsi (ardıcıllıq); sözlərlə ifadəsi (yüksək orta və aşağı üslubda ifadə etmək), habelə sözlərin seçilməsi; yadda saxlamaq (yada salmaq) və nitqin ifadəsi.

Bu qədim sənət növü insanlara böyük hörmət gətirirdi. Sonralar isə V.Hüqodan başlayaraq ritorika gurultulu ifadələr, mənasız sözlər yığını, hay-küy mənasında işlənmişdir. Nitq mədəniyyəti isə başlıca olaraq ritorikanı özündə əks edirir. Başqa sözlə, ritorikasız nitq mədəniyyəti ola bilməz.


Davamı →

Ünsiyyət nitq mədəniyyətinin formalarından biri kimi

Ünsiyyət dedikdə biz nitq və nitqdənkənar təsirin köməyi ilə həyata keçirilən qarşılıqlı münasibəti nəzərdə tuturuq. Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi oradakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və qarşılıqlı anlaşma baş verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət tələbatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Başqa sözlə, ünsiyyət iki və daha çox insanın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəlmiş qarşılıqlı təsirə deyilir.


Davamı →

Nitqin hazırlanması və mərhələləri

Hər bir natiq çıxışdan əvvəl mövzusu ilə əlaqədar hazırlıq işləri görür. İlk növbədə çıxışın mövzusu onu düşündürür. Bu, ali məktəbdə aparılan mühazirələrə şamil edilmir. Çünki onların mövzusu əvvəlcədən təsdiq olunmuş proqramlarda əks olunur. Bu, əsasən, «Bilik» cəmiyyətlərində fəaliyyət göstərən natiqlərə aiddir. Hətta bəzi hallarda nitqin mövzusu gözlənilmədən bir hadisə ilə əlaqədar (yubileylərlə, əlamətdar hadisə ilə, gələn qonaqlar qarşısında çıxış etmək üçün ayrılan vaxtın azlığı və s. ilə) bağlı olaraq meydana çıxır. Natiq bu zaman nitqin mövzusunu tam qavramalı, onun əsasını təşkil edən məzmun və formanı, quruluşu dinləyicilərin səviyyəsinə uyqun qurmalıdır. Adətən, natiqlər öz mövzusuna məsuliyyətlə yanaşır. Hər bir natiq ixtisasına uyğun olan mövzu ətrafında çıxış etmişdir. Bəzən biz bunun əksini görürük. Məsələn, tarixçi fəlsəfi kateqoriyalardan, ədəbiyyatçı pedaqogikadan, riyaziyyatçı psixologiyadan, bioloq kimyadan silsilə mühazirələr oxuyur. Belə natiqlər özlərindən razı qalsalar da, tələbkar auditoriya ilə rastlaşdıqda, dinləyiciləri təmin edə bilmirlər. Natiq nitqə hazırlaşarkən, ən mühüm məsələləri düzgün təhlil etməyi və işıqlandırmağı qarşısına məqsəd qoymalıdır.


Davamı →

Nitq prosesində tələffüz, intonasiya və orfoepiyanın rolu

Tələffüz nitqin şifahi qoluna aiddir. Natiq yazdığı nitqi şərh edərkən və ya nəyin isə haqqında danışarkən onun tələffüzü mühüm rol oynayır. Tələffüz nümunəvi nitqin mühüm amilidir. Hər bir nitq necə tərtib olunursa-olunsun, onun dinləyiciyə çatdırılması tələffüzün üzərinə düşür. Sözlərin düzgünlüyü, səlisliyi, aydınlığı tələffüzün əsasını təşkil edir. Nitqin gözəlliyinə xidmət edən diksiya aktyor, müəllim, diktor üçün çox mühümdür. Hər bir natiq nitqini şərh edərkən, emosionallığa ciddi riayət etməlidir. Çünki diksiya emosionallıqla bilavasitə əlaqədardır. Dinləyicilərin diqqətini cəlb edən məsələlərdən biri də nitqdə səs tembrindən düzgün istifadə olunmasıdır. Natiq nitqi şərh edərkən auditoriyanı nəzərə almalı və səsin tembrini ona uyğun şəkildə qurmalıdır. Nitqdə təsvir olunan hadisələrlə yaşayan natiq səsinin tembrində də bunu hiss etdirməlidir. Yeri gəldikcə tempi dəyişməlidir.


Davamı →