Zəlzələ zamanı nə etməli?

Zəlzələ zamanı böyük dağıntılar və insan tələfatı olur. Fəlakət zonasında hakimiyyət orqanları yerli əhaliyə müvəqqəti yaşayış, qida və digər zəruri mallarla yardım edir. Zəlzələnin nəticələri ağır olduqda bu prosesə dünya ölkələri də qoşulur. Yaradılan xüsusi fövqəladə hallar komissiyası zəlzələnin nəticələrini araşdırır, dəyən ziyanı hesablayır. Nəticələri aradan qaldırmaq üçün tədbirlər planı hazırlayır. zəlzələ və onun nəticələri
Zəlzələ zamanı davranış qaydaları
Otaqdasınızsa:
İlk təkandan sonra vahiməyə düşməyin. Binanı tərk etməyə çalışın (aşağı mərtəbədə yaşayırsınızsa). Bu, mümkün deyilsə, otaqdakı masanın altında oturun və ya divanın kənarına və ya otağın küncünə sıxılın və əllərinizlə başınızı tutun.
  •   Pəncərə, şüşə, şkaf və otaqdakı əşyalardan kənarda dayanın.
  •   Eyvana qaçmaq, pəncərədən tullanmaq olmaz.
  •   Təkan zamanı çarpayıda olsanız, döşəməyə enin və təkanların qurtarmasını gözləyin.
  •   Təkanlar qurtarana kimi içəridə qalın, çölə çıxmaq təhlükəlidir.
  •   Liftdən istifadə etməyin.
Küçədəsinizsə:
Açıq sahəyə qaçın.
Binalardan uzaqda, elektrik xətlərindən, küçə fənərlərindən və ağaclardan kənar yerdə dayanın.
Maşındasınızsa:Yolun kənarında işıq dirəklərindən, ağac və reklam lövhələrindən, bina və estakadalardan kənarda dayanın.Körpülərdən, keçidlərdən, yol ötürücülərindən istifadə etməyin.
Dağılmış tikilidəsinizsə:
Oddan istifadə etməyin.
Hərəkət etməyin və toz qaldırmayın, bu, nəfəsalmanı ağırlaşdırır.
Ağzınızı dəsmal və ya geyiminizlə tutun.
Xilasedicilərin sizi eşitməsi üçün divarı və ya dəmir boruları döyün. Bu zaman qışqırmaq lazım deyil, çünki toz və zəhərli hava uda bilərsiniz.


Müəllif: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrken Aktoprak, Yelena Şabanova
Mənbə: Coğrafiya 6 — Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Coğrafiya fənni üzrə DƏRSLİK
 

0 şərh