Yerin planetar inkişaf mərhələsi

Yer səthinə püskürmələrlə çıxan lavaların ərinti materialları milyon illər ərzində tədricən soyuyaraq bazaltdan ibarət nazik ilkin Yer qabığını əmələ gətirmişdir. Yer qabığının digər qatları olan çökmə və qranit süxurları hələ formalaşmamışdı.
Yer qabığında hər 100 m dərinlikdə temperaturun təqribən 3°C artmasına geotermik qradiyent deyilir. Temperaturun 1°C artması üçün lazım olan dərinlik isə geotermik pillə adlanır. Yerin planetar inkişaf mərhələsiYer qabığında geotermik pillənin orta qiyməti təqribən 33 m-ə bərabərdir. Seysmik cəhətdən aktiv ərazilərdə geotermik pillə az, qədim platformalarda və daimi donuşluq rayonlarında isə nisbətən çox olur. Yer qabığında dərinliyə doğru temperaturun artmasının səbəbləri radioaktiv maddələrin parçalanması, süxurların sıxlığının və təzyiqinin artmasıdır.Ayda, Marsda azərbaycanlı alim və mütəfəkkirlərin — N.Tusi, N. Gəncəvi, H.Cavid, həmçinin müğənni M.Maqomayevin adlarına kraterlər vardır.
Yer səthinə püskürmələrlə çıxan lavaların ərinti materialları milyon illər ərzində tədricən soyuyaraq bazaltdan ibarət nazik ilkin Yer qabığını əmələ gətirmişdir. Yer qabığının digər qatları olan çökmə və qranit süxurları hələ formalaşmamışdı.
Yer qabığında hər 100 m dərinlikdə temperaturun təqribən 3°C artmasına geotermik qradiyent deyilir. Temperaturun 1°C artması üçün lazım olan dərinlik isə geotermik pillə adlanır. Yer qabığında geotermik pillənin orta qiyməti təqribən 33 m-ə bərabərdir. Seysmik cəhətdən aktiv ərazilərdə geotermik pillə az, qədim platformalarda və daimi donuşluq rayonlarında isə nisbətən çox olur. Yer qabığında dərinliyə doğru temperaturun artmasının səbəbləri radioaktiv maddələrin parçalanması, süxurların sıxlığının və təzyiqinin artmasıdır.

Müəllif: Yaqub Qəribov, Oqtay Alxasov, Şərafət Hüseynli,Məhbubə Babayeva
Mənbə: Coğrafiya 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Coğrafiya fənni üzrə DƏRSLİK
 

0 şərh