Yerin daxili quruluşu

Yerin daxili quruluşunu  Geologiya elmi öyrənir. Yerin daxili təbəqələri  aşağıdakılardır:   
Yer qabığı;
Mantiya ;    
Nüvə .  
Yer qabığı bərk maddələrdən  ibarət olub materik və okean  tiplərinə bölünür. Onun qalınlığı  5-90 km (maksimal qalınlıq Hindquş dağlarında minimal qalınlıq isə Marian çökəkliyindədir) arasında dəyişir.

Materik tipli yer qabığı çökmə, qranit və bazalt qatlarından, okean tipli yer qabığı isə süxurların çökmə və bazalt qatlarından ibarətdir. Yer qabığı ilə mantiya arasında sərhəd Moxoroviçiç (Moxo) adlanır.Yerin dərinliyinə doğru getdikcə   temperatur ,təzyiq və sıxlıq artır.
Yer qabığı altında yerləşən mantiyanın (yu nanca “örtük ) qalınlığı 2800- 2900 km-dir. Mantiya ərimiş maddələrdən ibarət olub üst  və alt mantiyaya bölünür.
Yerin mərkəzində yerləşən  nüvə təbəqəsinin  radiusu 3500 km-dir. Nüvədə  temperaturun ərzində 500000 C, təzyiqin isə 3 mln atmosfer olduğu    güman olunur. Nüvə iki hissədən ibarətdir: xarici  və daxili nüvə. 
Yer qabığı  və mantiyanın üst hissəsi birlikdə   litosfer (yunanca “daş təbəqə”) adlanır. Onun  qalınlığı 90-50km arasındadır. Litosferin altında maddələrin əridiyi və kipliyinin azaldığı təbəqə astenosfer, astenosferlə litosfer birlikdə   tektonosfer adlanır.Yer qabığına təsir göstərən tektonik proseslər(vulkanlar,zəlzələlər,dag əmələ  Litosferin ayrı-ayrı hissələri litosfer tavaları gəlmə və s.) bu qatda baş verir.

Süxurların təsnifatı

Yer qabığında olan  müxtəlif daşlar süxurlar adlanir. Onlar müxtəlif tərkibli mineralların  birləşməsindən əmələ gəlir. Mənşələrinə görə sü  xurlar üç əsas qrupa bölünür:
1.      Maqmatik süxurlar –üst mantiyada ərimiş olan maqmanın (yunanca  “qatı maz”) çatlar vasitəsilə yer qabığına çıxaraq  soyunmasından   yaranır.Yer qabığında bərkiyən maqmatik süxurlar intruziv ( məsaməsiz ,bərk və ağır olur),  yer səthinə çıxan maqmatik süxurlar  isə, effuziv (məsaməli və yüngül olur) adlanır. İntruziv süxurlara qraniti, qabbronu və effuziv süxurlara isə vulkan küllərini, tufları və pemzanı misal göstərmək olar.
2.      Çökmə süxurlar- Yer səthində olan    parçalanması və sonradan çökdürülməsi    nəticəsində əmələ gəlir. Çökmə süxurlar mənşələrinə görə iki qrupa bölünür.
Qeyri-üzvi çökmə süxurlar:
*      qırıntı: çay daşı, çınqıl və s;
*      kimyəvi: gips, əhəng daşı, xörək duzu və s.
Üzvi çökmə süxurlar bitki və heyvan qalıqlarından yaranır. Məsələn , daş kömür ,  qonur kömür, torf , neft və s.
3. Metamorfik süxurlar – uzun müddət yüksək temperatur və təzyiq şəraitində və çökmə süxurların      dəyişməsindən (yunanca “metamorfoz”- çevrilmə” deməkdir) əmələ Məsələn: əhəng daşı –mərmər, qum  daş- kvarsit,qranit –qneys və s.
loading...

0 şərh