Litosfer tavaları haqqında

Litosferin ayrı-ayrı hissələri litosfer tavaları adlanır:
Onlar daim hərəkətdədir (Vegenerin “Materiklərin dreyfi” nəzəriyyəsi). Litosfer tavalarının toqquşduğu sərhədlər konvergent (cavan qırışıq dağlar, adalar qövsü və dərin okean   çökəklikləri yaranır), bir-birindən uzaqlaşdığı   sərhədlər isə divergent ( orta okean dağ silsilələri - rift dərələri yaranır) adlanır.

Böyük litosfer tavaları:
  • Sakit okean                                          
  • Şimali Amerika                                                         
  • Cənubi Amerika                                     
  • Afrika                                                  
  • Hind-Avstraliya
Kiçik litosfer tavaları:
  • Hindistan     
  • Naska
  • Kokos
  • Ərəbistan
  • Antarktida
  • Filippin və s.

Litosferin hərəkətli (mütəhərrik) sahələri geosinklinal adlanır.Qurunun ən böyük geosinklinal qurşaqları: 
  • Kordilyer-And
  • Alp – Himalay;
  • Sakit okean odlu qurşağı.  

Tektonik hərəkətlər zamanı yer  qabığında qırışıqlıqlar (antiklinal və sinklinal) və qırılmalar (qrabenlər və horstlar) meydana çıxır.
Litosferin sabit hissələri platforma  adlanır. Platforma iki təbəqədən ibarətdir:
  1. qranit  və metamorfik süxurlardan təşkil  olunmuş kristallik bünövrə təbəqəsi;
  2. çökmə süxurlarla örtülmüş çökmə təbəqəsi.
Platformaların üzərində geniş düzənliklər yerləşir. Arxey vəProterozoy eralarında formalaşan platformalar qədim (Şərq Avropa, Cənubi Amerika , Avstraliya  və s.), Paleozoy erasında formalaşan platformalar isə cavan (Turan, Qərbi Sibir və s.) hesab olunur.
Adətən , çökmə süxurların qalın olduğu yerlərdə üzvi mənşəli( neft, təbii qaz , fosforit və s.),  kristallik süxurların geniş yayıldığı ərazilərdə isə filiz mənşəli faydalı qazıntılar ( dəmir ,mis və s.)  çox olur. Qədim platformalarda kristallik bünövrənin Yer səthinə çıxdığı ərazilər qalxan və ya sipər adlanır.

 

0 şərh