Yer qabığında aktivliklər

Tektonik proseslərin  təsirindən Yer səthinin ani anda titəməsi zəlzələ adlanır. Zəlzələləri seysmologiya elmi öyrənir. Zəlzələlər dağıdıcı  təsirinə görə 12 ballıq ( Rixter sistemi) şkalası ilə qiymətləndirilir:
1-4 bal –zəif və mülayim;
7 bal- güclü;
8-10 bal- dağıdıcı; 11-12 bal –fəlakətli.                                
Zəlzələlərin gücü və yeri seysmoqraf cihazı ilə müəyyən olunur. Yerin daxilində zəlzələ baş verən yer zəlzələ ocağı və ya hiposentr (10-700km dərinlikdə), hiposentrin Yer səthində olan proyeksiyası zəlzələ mərkəzi və ya episentr adlanır. Ən güclü təkanlar episentrdə olur. Geosinklinal qurşaqlar fəal seysmik zonalar  hesab olunur.  

Vulkanlar, isti bulaqlar və qeyzerlər
Üst mantiyada olan ərimiş maddələrin (maqmanın) yer səthinə çıxması prosesi maqmatizm əmələ gələn kəsik konus formasında olan dağlara  isə vulkan deyilir.
Maqmanın Yer səthinə çıxdığı kanal vulkan boğazı, püskürmə zamanı  yaranan çökəklik krater, ətrafa yayılan odlu maye  isə lava adlanır.
Püskürmə haqqında tarixi mənbələrdə məlumat olan vulkanlar fəaliyyətdə olan (kartoqrafik təsvirlərdə ulduz işarəsi ilə) göstərilir), digərləri isə sönmüş vulkanlar adlanır.

Fəaliyyətdə olan ən məhşur vulkanlar:
Etna , Vezuvi,  Hekla (Avropa), Klyuçi Sopkası, Fudziyama, Krakatau (Asiya), Klimancaro, Kamerun (Afrika), Orisabo, Taxumulko, Ruis,San-Pedro, Kotopaxi(Amerika), Mauna-Loa, Mauna –Kea (Okeaniya) Erebus (Antarktida).
Maqmatizm prosesi ilə bağlıolmayan  palçıq püskürmələri palçıq vulkanları adlanır. Onlara neftli-qazlı ərazilərdə rast gəlinir(Qobustan - Abşeron, Xəzərin şelfi, Cənub-Şərqi Şirvan, Saxalin,Yeni Zelandiya və s).

Vulkan və zəlzələlərin çox olduğu yerlərdə  isti bulaqlar və qeyzerlər (yer səthinə fəvvarə şəklində çıxan isti sular) fəaliyyət göstərir. Azərbaycanda isti bulaqlar (“ İstisu” ,”Qotursu” və s.)  geniş yayılmışdır. Kamçatkada , İslandiyada, Yeni  Zelandiyada, ABŞ-da çoxlu qeyzerlər vardır.
loading...

0 şərh