Рейтинг
0.00

litosfer

9 üzv, 15 topik

Süxurlar

Yer qabığı müxtəlif minerallardan əmələ gələn süxurlardan ibarətdir. Mineral — fiziki və kimyəvi cəhətdən kifayət qədər eyni tərkibə malik olan təbii birləşmədir. Yer qabığında 3000-ə qədər mineral var. Bunlardan 50-yə qədəri süxur əmələ gətirən minerallardır. Süxurlar bir və ya bir neçə mineralın birləşməsindən əmələ gəlir. Mənşəyinə görə süxurlar 3 qrupa bölünür: maqmatik, çökmə və metamorfik.
Ardı →

Qurunun dağ və düzənlikləri

Zirvəsi, ətəyi, yamacı aydın nəzərə çarpan, nisbi hündürlüyü 200 m-dən artıq olan müsbət relyef formasına dağ deyilir. Əgər bu tip relyefin nisbi hündürlüyü 200 m-dən azdırsa, ona təpə deyilir. Təpə nisbətən hamar zirvəyə və az meyilli yamaca malik olur.
Yer səthində dağlara, adətən tək halda rast gəlinmir. Dağlar adətən zəncir şəklində uzanır ki, belə dağlara sıra dağlar deyilir. Dünyanın ən uzun dağ sistemi Cənubi Amerikanın qərbindəki And dağlarıdır. Onun uzunluğu 9 min km-dir.


Ardı →

Litosfer tavaları

Mantiyanın üzərində yerləşən Yer qabığı böyüklüyü, qalınlığı, tərkibi, təzyiqi müxtəlif olan parçalara-litosfer tavalarına ayrılır. Yuxarı mantiyada maddələr yumşaq olduğuna görə tavalar mantiya üzərində sürüşür. Bu zaman tavalar bir-biri ilə toqquşaraq-konvergent sərhədlər, bir-birindən ayrıldıqda isə-divergent sərhədlər əmələ gəlir.


Ardı →

Yerin təbəqələri

Yerin 4 xarici (atmosfer, biosfer, litosfer və hidrosfer) və 3 daxili (yer qabığı, mantiya, nüvə) təbəqəsi var.
Yerin mərkəzində radiusun 3500 km-ə yaxın olan çox yüksək temperatura (35000 C) və təzyiqə malik nüvə yerləşir. Nüvənin dəmir və nikeldən ibarət olması güman olunur. Nüvənin üzəri qalınlığı 2900 km olan mantiya (latınca örtük deməkdir) ilə örtülüb. Mantiya əsasən ərimiş, lakin yüksək təzyiq nəticəsində bərk hal almış maddədən ibarətdir. Lakin mantiyanın Yer səthinə yaxın hissəsində bu maddələr bəzən maye halına yaxınlaşırlar.


Ardı →

Yerin əmələ gəlməsi

Yerin quruluşu və inkişaf tarixini öyrənən elm Geologiya elmi adlanır. Yerin bir planet kimi əmələ gəlməsi 6-7 mld. il bundan əvvəl başlanmışdır. Yerin yaranması haqqında çoxlu fərziyyələr var. Məs. P. Laplas və I. Kanta görə uzun dövrlər ərzində qızmar qaz və toz dumanlığının tədricən soyuması Yerin həcminin kiçilməsinə və onun üst bərk qabığında qırışıqlıqlar, yəni müasir dağların əmələ gəlməsinə səbəb olub. Şmidt və Fesenkova görə isə Yer və digər planetlər çox yavaş fırlanan soyuq qaz və toz dumanlığının birləşməsi nəticəsində yaranıb. O, mantiya və nüvədən ibarət idi. 4,5 mld il əvvəl Yerin mantiya qatının üzərini bazalt qatı örtmüşdür. Yerin daxilindəki radioaktiv maddələrin parçalanması nəticəsində vulkanlar püskürməyə başlamış və ilk Yer qabığı yaranmışdır. Kütləvi vulkan püskürmələri ilə xarakterizə olunan bu dövr Yerin planetar inkişaf mərhələsinin «Ay erası» adlanır.


Ardı →