Dilemma və məzəli sual

Birinci sual dilemma xarakteri daşıyır.

Təsəvvür elə ki, avtomobillə (ikinəfərlik) ildırımlı gecədə yol gedirsən. Avtobus dayanacağının qarşısından ötərkən orda üç nəfərin avtobus gözlədiyini görürsən:

1. Ölüm ayağında olan yaşlı qadın

2. Bir vaxt sənin həyatını xilas etmiş köhnə dostun

3. Ömrün boyu arzusunda olduğun mükəmməl xanım və ya kişi (suala cavab verənin xanım və ya kişi olmağından asılı olaraq)

Avtomobilinə yalnız və yalnız bir nəfəri götürə biləcəyini bildiyin halda, kimi seçərdin? Bu əslində dilemmadır və hətta bir zamanlar işə götürmə prosesində soruşulan suallardan olub. Sən ölmək üzrə olduğu üçün yaşlı qadını götürə bilərsən və beləcə onun həyatını xilas edə bilərsən. Və ya sənin həyatını xilas edən köhnə dostunu götürə bilər və beləcə sənə etmiş olduğu yaxşılığın əvəzini ödəyə bilərsən. Lakin, sən heç vaxt arzularında yaşatdığın şəxsi birdə tapmaya bilərsən.

Sualın cavabı şəxsiyyət tipindən asılı ola bilər amma bu dilemmaya ən uyğun cavab tapılıb.

İkinci sual isə məzəli suallardandır:

Gölməçədə on balıq var idi və qəflətən onlarda biri ölür və gölməçənin su səviyyəsi artır. Suyun səviyyəsinin artmasına səbəb nədir?

DİQQƏT!!! Əgər sualın cavabını əvvəlcədən bilən varsa, cavab verməməyiniz xahiş olunur. Bilməyənlərə öz şanslarını sınamağa şans verin...

 

33 şərh

Magicboy
Ikinci sual məzəli olduğu üçün məncə suyun artmasına səbəb yağış yağması olub. Yəni balıqlarda biri ölən ki, yağış yağıb. O biri sualın üstündəsə gərək əməlli-başlı fikirləşəsən. Maraqlı sualdır.
fidan
İkinci sualda Arximed qanunu,fizika var?
Freddie

Yox, yoxdur)) Sualın cavabını izah edən qanun hələ kəşf olunmayıb...

fidan
Yes,tapdım!!!
Birinci sualın cavabını tapdım! Bilməsəniz deyin,elan edim!
Ferbara

Buna bənzər sualı qəzetdə oxumuşdum.


Mən, ölüm ayağında olan qoca qadını götürərdim. Onda dostum məni başa düşərdi. Çünki mən də bir can qurtarıram. Kişini sonra taparam,  ya da əlaqə telefonumu verərdim (ya da alardım). Birincini həll elədik.


İkinciyə keçək. Ölən balıq yəqin ən böyüyü imiş.

2ral
Düzgün cavab daha orijinaldır və bu seçim zamanı heç kimin ruhu belə incimir.
Ferbara
onlarda biri ölür. Bəlkə «onlardan»? Yoxsa, burda sualın gizli mənası itər?
Ferbara
Həə. Dostuma maşınımı verərdim qadını aparsin. Mən də kişinin yanında qalardım
IDEAL
Bu cavab düzdü məncə. Balıqların məsələsi isə bir az ağırdı. Bəlkə balıq öldüyü üçün su içə bilmir?
Ferbara
Balıq suyu içində saxlamır ki. Bütün günü ağzını açıb, bağlıyır. Sudakı oksigen lazımdi ona, su yox.
Ferbara
Balıqlar ağlayır
Ferbara
Buna görə də gölməçənin suyu göz yaşlarının köməyi ilə çoxalıb, səviyyəsi artır. ))))
Admin 2010-04-24 23:18:17 redakte edib
Nailə_Rzayeva
Yəqin ki, maşını dostuna verərdi ki, yaşlı qadını xəstəxanaya aparsın, özü isə sevdiyi insanla qalardı…
fidan
Yuxarıda bu cavab verilmişdi. Cavab verməzdən əvvəl ismarıcları oxumaq lazımdır.
P.S. Nailə,yəni sənə də deyək bunu?
Nailə_Rzayeva
Sorry, əslində ismarıcları oxuyub sonra cavabı yazdım, eyni anda həm hesabat edirəm, həm də kayzen.az-da məqalələri oxuyuram, ona görə ola bilər Ferbaranın cavabını ötürmüşəm. Bir daha SORRY…
Operon
Bir Gün Xəlifə Ömər Sarayda oturub dövlət işləri ilə məşğul olurdu.Stolunun üzərində şam yanırdı.Xəlifə Ömərə onun yanına çoxdandır görmədiyi, yaxın dostunun gəldiyini xəbər verirlər.Dostu Xəlifə Ömərin otağına daxil olan zaman Xəlifə Ömər stolunun üzərində yanan şamı söndürür və yeni bir şam yandırır.Diqqət Sual: Xəlifə Ömər Niyə Bele Edir?
təpəgöz
Yəqin Ömər demək istəyir ki sən mənim həyatımda şam kimisən. Mənim həyatımı işqılandırırsan:=)
Qalın hərflərlə yazmaq olmaz.
Operon
Cavab Düzgün Deyildir Əziz Dostum
təpəgöz
Dördüncü xəlifə Əli ilə bağlı məqam var burda?
Operon
Xeyr Dostum.Qeyd edim ki Xəlifə Ömər çox Xeyirxah və Ədalətli bir Xəlifə olmuşdur
bankir
Əslində bu hadisə Ömərin yox Əlinin başına gəlib.Çxo vaxt Əlinin başına gəlmiş hadisələri Ömərin adına çıxırlar.
Düzgün cavab odur ki yanan şam dövlətin xəzinəsindən gedir,amma sonra isə öz şəxsi şamını yandırır. Yəni ki dövlət malnı israf etmir.Dövlətin şamını şəxsi münasibətlər üçün yandırmamaq kimi.
Operon
Düzdür.Lakin mənbələrin verdiyi məlumata görə bu hadisə Ömərin başına gəlib.Düzdüz mən dindar bir insan deyiləm lakin cavabından sənin qatı bir Şiə olduğunu anladım.Gəlin Dinimizi təriqətlərə bölməyək
bankir

Mən və qatı şiəlik? :-)


Mən də dindar deyiləm.Amma bilirəm ki bəzən qatı sünnilər bəzi yaxşı əməlləri Əlinin adına çıxırlar. fərqi yoxdur,Əli ya Ömər.Hər kim edibsə sağ olsun.Sağ əlləri bizim məmurların başına

Operon
Inan ki men de senden bu cavabi gozleyirdim… Var ol.
Operon
Bir gün Sudanda olan məhşur alim-etnoqraf Lotar Şteyn bir bedeviden onlarda ne zaman dəvə yarışlarının keçirildiyini soruşur.Bedevi zaraftla cavab verir: İlk öncə tayfaların məskunlaşdığı yerdə,o zaman ki oraya *O* adam gelir hamı öz dəvəsinə oturub sürətlə qovmağa oradan uzaqlaşmağa çalışır.Bax siz o zaman dəvə yarışlarının şahidi ola bilərsiniz.DİQQƏT SUAL: Bədəviləri qorxuya salan *O*  kimdir?
rezerv
Vallah nene can day siz yasayacaginiz qeder yasamisiz de icazenizle yasamasi gereken genc nesilden apariram. He bax burda ilisdik. İki genc. (menim dostum olmadigi ucun)Dost sen de bagisla azreil seni bu gun secibse edecek bir sey yoxdur. Omrum boyu arzusunda oldugum bey otur masina getdik.
rezerv
Eger o oglan daha onceden sevdiyimdirse. Yeni coxdan taniyiramsa. Ilk defe cixmasa qarsima.
rezerv

Baliga geldikde ise suyun seviyyesinin qalxmasi ile baligin olmesi tesaduf ola biler.

Mehemmedcan
Məncə ikincidə əgər 10 balıqdan biri ölsə sudakı balıqların çəkisi azalar və suyun səviyyəsi qalxar