İntihar, yoxsa?...

Bir kişini onun otağında ölü vəziyyətdə tapırlar. Kişinin bədəni yazı masasının üzərinə tərəf əyilmişdi, əlində tapança var idi və masanın üzərində diktofon var idi. Polislər diktofonu işə salırlar və mərhumun səs yazısını eşidirlər: “Mən daha yaşaya bilmirəm. Həyat mənim üçün mənasını itirib...” Bundan sonra atəş səsi eşidilir.

Sizcə polislər bu hadisənin intihar olmadığını və kişinin öldürüldüyünü necə anlayırlar?

 

8 şərh

imtogrul
Əslində bir cavab variantım var, amma nə dərəcədə doğru olduğunu bilmirəm
pascal
Diktafonu kim söndürmüşdü ki, polis onu yenidən işə salır?
imtogrul
variantlarımız üst-üstə düşdü )). amma yene de bilmirəm diktofonun öz-özünə sönməsi kimi bir ehtimal var ya yox.
Qanbay_Qasimli
en azindan yazilma vaxtindan mueyyen etmek olardi…
pascal
Mümkün deyil. Çünki, atəş açılandan sonra diktafon sona çata bilər. Ən azından polislər diktafonu əvvələ verib dinləməliydilər. Əgər bu cür yazılsaydı, o başqa. Nə bilim, bəlkə başqa variant da var.
Qanbay_Qasimli
siz duz fikirlesmisiniz ...izan:diktafonds ates sesi esidildikden sonra onu sondurmeye adam yoxuydu polisler cinayet yerine gelende diktafon helede lente almali idi demeli atewden sonra diktafonu sondurub kisini bas ucuna qoyublar.. 
engineer
Tapancanin onun elinde olmasi da maraqlidi, yeni atew acilandan sonra tapanca elinden duwmeli idi!
EniqmatiC

atew acilandan sonra merhum yazi stoluna teref yox yan terefe yixilmaliydi