qəpik

Masanın üzərində ümumi məbləği 3 qəpik olan iki sikkə var. Onlardan birinin 1 qəpik olmadığını nəzərə alsaq, masanın üzərində hansı qəpiklər var idi?

13 şərh

velili_hemide
3ü də bir qəpik ola bilər
member
Cavabı bilmirəm amma məncə üçüdə bir qəpik ola bilməz. Çünki sualda qeyd edilib ki,  2 sikkə var. Amma dediyim kimi cavabı bilmirəm sadəcə fikrimi bildirdim.
velili_hemide
haqlısınız. 2 sikkə sözünə fikir vermədim.
velili_hemide
2 qəpiyin ikisinin də hal hazırda istifadə olunması vacib deyil məncə. Onlardan biri 3 qəpik olsun, digəri isə köhnə qəpik.
member
Məndə elə düşünmüşdüm lakin dəqiq bilmədiyimə görə heç nə yazmamışdım: )
WinRar
Sadə cavab var. 2 qəpikdən yalnız 1-i 1 qəpik deyil. Deməli digər qəpik 100% 1 qəpikdir. Digəri isə 2 qəpik.
Sualda qeyd olunur: Onlardan birinin 1 qəpik olmadığını nəzərə alsaq. 
Burada deyilmir ki, heç biri 1 qəpik deyil. Deyilir ki, 2 qəpikdən 1-i 1 qəpik deyil. Deməli digəri 1 qəpikdir.
Onlardan birinin 1 qəpik olmadığını nəzərə alsaq bu ifadə isə 2 qəpiyə əsasən deyilib :) 
velili_hemide
Səhviniz var. Sizin dediyiniz kimi olsa da birinin 1 qəpik olması mümkün deyil. Çünki bu halda gərək digəri 2 qəpik olsun. 2 qəpik isə mövcüd deyil
imtogrul
Sualda iki sikkə qeyd olunur. Ola bilsin ki, bunlardan biri 3 qəpik, digəri isə tamam başqa sikkədir. Yəni, misal üçün gümüş sikkədir.
Terabitiha
Onlardan biri bir qəpik deyilsə deməli o birisi bir qəpikdi.Yəni biri bir qəpik, o birisi iki qəpikdir.
imtogrul
onlardan birinin bir qəpik olmaması, mütləq digərinin bir qəpik olması demək deyil
Terabitiha
Mütləq deyil.Amma bu məntiq sualıdı və iki sikkə var.
 
imtogrul
onu da nəzərə almaq lazımdı ki, 2 qəpiklik sikkə anlayışı da yoxdu. Əgər 2 qəpiklik sikkə mövcud olsaydı sualın məntiqi də olmazdı
Ozdunyamiz
Burada güzgüdende istifade edilmiş ola biler. Beleki, güzgünün onüne 3 qepik qoyularsa 2 sikke alınar ve qepik deyeri 3 qepik alınar