Sovet xüsusi təyinatlılarına verilən məntiqi məsələ

Bu illüstrasiyada mövcud olmayan peyzaj təsvir edilib və ona baxaraq məntiqə, öz biliyinizə və şəkildən əldə edə biləcəyiniz məlumatlara əsaslanaraq bir neçə “uydurma” vəziyyət yarada bilərsiniz. Etməli olduğunuz yeganə şərt isə çox sadə 13 suala cavab verməkdir.



Suallar

Şəklə baxaraq aşağıdakı suallara cavab verməyə çalışın:

1. Yeni ayın çıxmasına nə qədər zaman qalıb?
2. Tezliklə gecə olacaqmı?
3. Şəkildə hansı fəsil təsvir olunub?
4. Çay hansı istiqamətdə axır?
5. Gəmiçilik üçün yararlıdırmı?
6. Qatar hansı sürətlə hərəkət edir?
7. Bundan əvvəlki qatar çoxdanmı keçib?
8. Maşın dəmir yolu boyunca uzun müddət hərəkət edəcək?
9. Sürücü nəyə hazırlaşmalıdır?
10. Yaxınlıqda körpü varmı?
11. Bu ərazidə aerodrom varmı?
12. Bir-birinin görüşünə gələn qatarların maşinistləri qatarların asanlıqla saxlaya bilirlər?
13. Külək əsirmi?




Cavablar:

1. Bir az. Ay köhnədir (Suda əksi görünür).
2. Elə də yox. Köhnə ay sübh zamanı görünür.
3. Payız. Günəşin vəziyyətindən durnaların cənuba uçduğunu asanlıqla görmək olar.
4. Şimal yarımkürəsində axan çayların sağ sahili dik olur. Deməli, çay üfüqi axır.
5. Yararlıdır. Suda “bakenlər” görünür.
6. Qatar dayanıb. İşıqforun sonuncu – qırmızı işığı yanır.
7. Təzəlikcə. O hazırda yaxınlıqdakı kilidləmə hissəsində yerləşir.
8. Yol işarəsi göstərir ki, qarşıda dəmir yolu keçidi var.
9. Dayanmağa. Yol işarəsi belə göstərir ki, irəlidə dik yoxuş var.
10. Ehtimala görə var. Çünki maşinistə tüstü bacasını bağlamağı xəbərdarlıq edən lövhə var.
11. Səmada təyyarənin tüstüsünün izini görmək mümkündür. Pilota yalnızca aerodrom yaxınlıqda belə manevr etməyə icazə verilir.
12. Dəmir yolunun yaxınlığında yerləşən lövhədə əks etdirilən məlumata görə qarşıdan gələn qatar enişə qalxmalı olacaq. Əyləcə basmaq onun üçün çətin olmayacaq.
13. Əsir. Qatarın buxarı yana doğru gedir. Artıq bildiyimiz qədərilə isə qatar dayanmış vəziyyətdədir.

Mənbə: banker.az


P.S
  Razıyam ki, bu sualların cavabını tapmaq üçün çox şeyə — istər coğrafi bilik, istər aviasiya, dəmiryol və ya adi yol qaydaları nişanları və s. haqqında mükəmməl biliyə sahib olmaq lazımdır. Xüsusi təyinatlı orqanların əməkdaşlarına bunlar zamanla öyrədlir. Bizim kimi sadə insanlara isə bu tip öyrədici yazılar ətrafımızda baş verən skeptik və ya normal hadisələrə daha açıq gözlə, daha diqqətlə baxmağı öyrədir. Yaşayırıq, öyrənək.
 

0 şərh