Eynşteynin sualı

Beş yan-yana yerləşmiş, bir-birindən fərqli rəngli ev var. Hər evdə müxtəlif millətlərin nümayəndələrindən olan insanlar qalır. Hər biri bir-birilərindən fərqli içki içir, heyvan saxlayır və siqaret çəkirlər. Aşağıdakı məlumatlardan istifadə edərək, tapın görək balığı kim saxlayır?
Verilən məlumatlar:
1. Fransız yaşıl evdə yaşayır.
2. Alman it saxlayır.
3. Danimarkalı qəhvə içir.
4. Mavi evin solunda sarı ev var.
5. Sarı evin sahibi su içir.
6. Quş saxlayan Kent siqareti çəkir.
7. Ağ evin sahibi Dunhill siqareti çəkir.
8. Mərkəz evdə yaşayan süd içir.
9. Norveçli soldan birinci evdə yaşayır.
10. Pişik saxlayanın evinin yanındakı evdə yaşayan Blend siqareti çəkir.
11. Dunhill siqareti çəkənin evinin yanındakı evdə yaşayan at saxlayır.
12. Blue Master siqareti çəkən pivə içir.
13. İngilis Camel siqareti çəkir.
14. Qırmızı evin yanındakı evdə yaşayan norveçlidir.
15. Çay içənin evinin yanındakı evdə yaşayan Blend siqareti çəkir.
 
Bu sualı Albert Eynşteyn tərtib edib və onun fikrinə görə sualın cavabını dünya əhalisinin yalnız 2 %-i tapa bilər.
Qeyd: Verilən məlumatlar orijinaldan fərqlidir, lakin sualın mahiyyətini dəyişmir.
Müəyyən şərhlərdən sonra düzgün cavabı qeyd edəcəm
 

14 şərh

bankir

çeynənmiş sualdır alman.

tenqo
Ola bilər. Amma cavab səhvdir. Saytda qarşıma çıxmadı bu sual və düşündüm bəlkə buranın istifadəçilərindən kimsə hələ qarşılaşmayıb bu sualla. Ona görə yerləşdirməyi qərara aldım
bloqçu
Bankir alman dedi amma, yuxarıda qeyd olunub ki, alman it saxlayır. Belə götürəndə tenqo özü də qeyd edib ki, məlumatlar orijinaldan fərqlidir. Orijinaldakı kimi olsaydı aznetdə runetdə bu sual doludur və cavabları da mövcuddur. Amma, yenə də deyə bilmərəm bu da kopyadır, yoxsa yox.

Mən elə təxminən 2 il bundan öncə runetdə rus dilində bu sualla qarşılaşmışdım və başsındırıb evdəkilərdən tez tapmışdım. İndi yenə də bayaqdan vaxtımı oturub buna sərf etmişəm)))) Görək də...kimdənsə tez tapa biləcəyəmmi?
tenqo

Kopya olmağına kopyadır. Sadəcə Əlinin papağını Vəlinin başına, Vəlininkini də Əlinin başına qoymuşam :) Bu sual xoşuma gəlir mənim və qeyd etdiyim kimi düşündüm ki, burdakıların bəziləri bəlkə rastlaşmayıblar bu sualla. Bunun üçün də paylaşmaq istədim.


Mən özüm bu sualla yeni rastlaşmışam. Yəqin geri qalmışam :)


Bilsəydim ki, hamı bilir bu sualı, qoymazdım

bloqçu

Elə mən də düz başa düşdüm ki, siz sualda daha doğrusu kömək variantlarında dəyişiklik etmisiniz. 

Səhv etmədimsə tapdım:

1-ci ev: ağ evdir; Norveçlidir, çay içir, Dunhill çəkir, pişik saxlayır.
2-ci ev: qırmızı; Danimarkalıdır, kofe içir, Blend çəkir, at saxlayır.
3-cü ev: yaşıl; Fransızdır, süd içir, kent çəkir, quş saxlayır.
4-cü ev: mavi; Almandır, pivə içir, blue master çəkir, it saxlayır.
5-ci ev: sarı; İngilisdir, su içir, camel çəkir, balıq saxlayır. 

Cavab: ingilis.

tenqo

Cavab düzdür. Ancaq 4-cü evlə, 5-ci evin yerini dəyişkən yazmısınız. 4-cü evdə qalan ingilis, 5-ci evdə qalan almandır.


4. Mavi evin solunda sarı ev var

bloqçu

Həə orda deyəsən səhv buraxmışam. Nə isə beynim yoruldu deyəsən..

2ral
birinci evikinci evüçüncü evdördüncü evbeşinci ev
çayqəhvəsüdsupivə
norveçlidanimarkalıfransızingilisalman
qırmızıyaşılsarımavi
DunhillBlendKentCamelBlue Master
pişikatquş???????it
bloqçu
gecikmisiniz))) mən tapmışam artıq, sadəcə olaraq evin yerini səhv yazmağımla artıq sizə uduzmuş sayılıram.  
Magicboy
Özümü tərifləmək kimi çıxmasın, amma mən bu sualı şifahi tapmışdım, 20 dəqiqəyə. Eh cavanlıq:((
Elvin85
Men lap tez tapmisdim, amma qeydler ederek :)
Westsider
Bir neçə dəfə tapmışam, çoxdan))
Elvin
Görəsən bəndənizi də özündə ehtiva edən bu iki faiz dünya əhalisinin "ən" nəyidir?
yravil
bunu men 4 il bundan evvel bilmissdim