Həll etsən qiymət yazacağam

həndəsi məsələBir gün həndəsə dərsində yaxşı oxuyan şagirdlərən biri dərsə hazırlıqsız gəlir.Müəllim ondan niyə ev tapşırığını yazmadığını soruşanda cavab verir ki, evdə qonaqlar var idi və ona görə tapşırığı yaza bilməmişəm.Amma nəzəri  hissəni və düsturları öyrənmişəm.
O zaman müəllim ona deyir:
-Keç lövhənin qarşısına.Əgər indi verəcəyim tapşırığı həll etsən sənə iki yazmayacağam.Tərəflərinin  uzunluğu 119 sm, (59sm düz deyil)  57 sm və 61 sm olan üçbucaq verilmişdir.Bu üçbucağın sahəsini tap.
Şagird cavab verir:
-Mən bura Heron düsturunu tətbiq edərdim.Yəni Üçbucağın perimetrini hesablayıb yarıya bölərdim.
Müəllim cavabında deyir:
-Keç əyləş iki alırsan.
Sinifdəkilər məəttəl qalır ki, görəsən niyə şagird düz cavab verdiyi halda müəllm ona iki yazır??

Diqqət sual: Nə üçün müəllim şagirdin cavabını düzgün cavab kimi qəbul etmədi? Sizcə şagirdin səhvi nədə idi?

10 şərh

Westsider
Çünki belə üçbucaq mümkün deyil
Westsider
a, yo, mümkündür)
təpəgöz
Onu yazacaqdım:=) Amma sonra 61+59=120 gördüm.
kastanka
Birinci berdiyiniz cavab düzdür.sadəcə nəzərimdən qaçıb, rəqəmin birini düz yazmamışam.
Belə üçbucaq mümkün deyil.çünki üçbucağın iki tərəfinin cəmi üçüncüdən böyük olmalıdır.Bu şərti ödəməyən fiqur üçbucaq ola bilməz.
təpəgöz
Olmadı ki. Sualı qoymazdan əvvəl yoxlamaq lazımdır. -1
kastanka
Hamı səhv edə bilər.(((
0021
sizce toplananlarin yerini deyishende cem deyishir?)c+b b+c eyni shey deyilmi?)belke a + c >b olmaliydi?) a+b>c, c+b>a, b+c>a
2ral
Səhvin olması normal haldır. Amma gələn dəfələrdə daha diqqətli olmağınızı xahiş edirəm.
Həndəsədə buna üçbucaq bərabərsizliyi deyilir. Üçbucağın 3 a,b,c tərəfləri üçün a+b>c, c+b>a, b+c>a şərti ödənməlidir.
asertyugin20
Heron düsturu təkcə üçbucağın perimetrini yarı bölməklə bitmir, bu səhv sayılmır?
niko654

S= kök altında P(P-a)(P-b)(P-c) — HERON  düsturu belədir bildiyim qədəriylə. və burada P - üçbucağın  perimetrinin  yarısına bərabərdir.