Müdrik qoca nə dedi?

Bir kənddə yaxşı at sürən iki igid oğlan vardı.Onlar həmişə öz aralarında mərc qoşurdular ki, kim-kimi ötər.
Bir dəfə biri başqa vaxt o biri qalib gəlirdi.Axırda bu cür qələbə qazanmaq onları bezdirdi.Onlardan biri təklif etdi ki, gəl əksinə mərc qoşaq. Yəni kimin atı mənzil başına ikinci çatar. Bəli, bunlar mərc qoşurlar.Camaat yığışır.
Amma bu atsürənlərdən  heç biri yerindən tərpənmir.Camaat da başlayır gülməyə ki, əşı bunlara bax gör nədən mərc gəliblər.Əlbəttə heç biri yerindən tərpənməyəcək.Çünki ikisi də qalib gəlmək istiyir.
Nəhayət bir qoca irəli çıxıb bunların yanına gəlir.Onlara yavaşca nəsə pıçıldayır.Bir neçə dəqiqədən sonra atlılar güllə kimi götürülür.Amma yenə də mərcin şərtinə uyğun olaraq mərci ikinci gələn qazanır.

Diqqət! sual: Qoca atlılara nə deyir?
atlılar,at sürənlər

4 şərh

Aynur
Düzgün cavab odur ki atları dəyişsinlər.
Facebookda artiq cavabı tapiblar.
kastanka
Elə bu sualı verəndə düşündüm ki asan olacaq tapmaq.Amma yenə də qoydum ki, bilməyənlərə maraqlı olar bəlkə.cavab əlbəttə ki, doğrudur.
seyran
niye ki atlari deyiwirler cavablandirsaz maraqli olar 
beautiful
Mən bu məntiqlə başqa yerdə rastlaşmışdım. Orda cavab: Qoca atlılara deyir ki, digər atlı ertıq yola düşüb…