Məntiqi tapmacalar

1.Bütün gün boyu eyni sualı verib də fərqli-fərqli cavab aldıgımız sual hansıdır?
2.Bir qayıqda üç kişi var imiş,elə olur ki,sərt hava şəraitindən qayıq çevrilir,qayıqdakılar suya düşür ,bu kişilərdən ikisinin saçı yaş olur.amma birininki yox.Sizcə niyə?
3. 1 nəfər bir otağı 4 saata rəngləyir,2 nəfər isə 1 otağı 2 saata rəngləyir.Bəs hər ikisi 1 otağı neçə saata rəngləyərlər?
4. Krandan su gəlir, ondan sonra nə gəlir?
5. Əsgərin biri əsir aldığı digər əsgərə deyir ki, sən mənə elə bir şey de ki,əgər dediyin yalan olsa səni güllələyəcəm,əgər dediklərin düz olsa səni asacam.Əsir olan əsgər digər əsgərə elə bir cümlə deyir ki,onu azadlığa buraxır.Bəs necə olur ki,onu azadlığa buraxır?
6.Saat nə qədər işləyir?
7.Divarla 10 kərtənkələ qalxır, birdən-birə kərtənkələ oxumağa başlayır və qalanları yerə tökülür. Niyə?
8.Kəndə gedən yolun qırağı çay daşlarıyla düzəlib, axund da oturub daşın üstündə. Bu vaxt 1 oğlan qaça-qaça gəlir, axunda deyir ki, arxadan gələnlərə yerimi demə. Sonra 1 neçə adam gəlir, axunddan oğlanı soruşur. Axund nəsə deyir, amma nə oğlani ələ vərir nə də yalan danışır. Axund nə deyir?
9. Beş qardaş idik, beş alma idi budaqda, hərəmiz almalardan birini yedik. Neçə alma qaldı budaqda?
10. Elə bir ədəd yazın ki, onu 2-yə böləndə cavab özündən 2 dəfə böyük ədəd alınsın.
11. 2 Yol polisi yola nəzarət edir. Qırmızı işıq yanır, amma taksi sürücüsü yolu keçir. Polislər də onu saxlamır. Niyə?
12. 1 qız gül bağçasında gül dərən yerdə gülə dönür. Oğlan hansı gülün qız olduğunu tapsa, gül yenidən qıza dönəcək. Hansı gülün qız olmasını oğlan necə tapsın?
13. Hansı bağda ağac bitməz?
 

29 şərh

Muza
-2 (mənfi 2) 2yə böləndə cavab özündən 2 dəfə böyük alınır.
aysel_ekberova
1. kecel olduguna gore
Xrizoberil
ondan sonra 11 gəlir))), yəqin keçəl imiş ona görə su olmur )))
Rene
Yazmısınız da, iki nəfər 2 saata rəngləyər də. ))
Xrizoberil
1 qız gül bağçasında gül dərən yerdə gülə dцnьr. Oğlan hansı gülün qız olduğunu tapsa, gül yenidən qıza dönəcək. Hansı gülün qız olmasını oğlan necə tapsın? — burda başqa nəsə olmalı deyil? deyəsən tam yazılmayıb..
yravil
xeyr olan sual budur
Xrizoberil
hmm ok.mən buna bənzəyən birini bilirəm orda bir az daha kömək üçün əlavə məlumatlar var.
Fianda
1.necesen?
2.keçək olur,ona görə.
3.2 saata.
4.11
5.yəqin cümləni sual formasında deyir,bu da nə düz,nə də səhv sayılır.
6.zapçast olana qədər
7.obiri kərtənkələləri ağzında qaldırırmış,ağzın açıb,obirilər tökülüb.
qalanların sora yazaram
Türkəl
Təkrar suallar çoxdur :(
LABiRiNT
5,8,11,12nin cavablari nedi?o birileri asandir.
KilRoy

5.Esir cavab verir:Sen meni oldureceksen.Eger esger esiri oldururse demeli esir duz demiwdi ona gore de buraxmaliydi amma oldurmese buraxsa demeli esir yalan deyib ona gorede esger onu oldurmeliydi.Bele esger bilmir neynesin buraxir.Mence beledi


8.Axund oglan gedenden sonra kecir bawqa dawin ustunde oturur adamlar gelende de deyir:Men burda oturandan burdan hec kim kecmeyib.100% cavab budur.


11.Cavabi yaziblar.Taksi surucusu yola piyada kimi kecirdi.


12ni bilen olsa yazsin maraqli oldu.

Nuray_Qasimova
1 Saat neçedir?
6 Saat yarısına kimi işləyir, yarısından sonra qalır.
yravil
siz duzgun tapdiniz
Nuray_Qasimova
11 Çünki maşın qırmızı işıqda dayanmamalıdır, qırmızı işıq piyadalar üçündür.
13 Ayaqqabı bağında ağac bitmir.
Fianda
tapılmayan sualların cavabın deyin də zəhmət olmasa
Gülnar
11-taksi sürücüsü yolu taksisiz keçirdi, yəni piyada idi ona görə
Vilon
7-o biri kertenkeleler el calirlar))) 
aazeril

niyə cavabların hamısı verilməyib?

 

Medikamentoz
Suallar yorucudur,birinci onu deyim ki,saat neşədir? sualı olacaq.
seyidova
men indi neyniyim?bu sualı hemıwe verıb hemıwede ferqli cavab alıram :))
Ngar

KƏRTƏNKƏLƏ OXUMUR

 

Ferbara
Siz niyə qışqırırsınız? :)
gulwan
12.  hansı gül şehli deyilsə qız odur:)
gulwan
5. deyir sən məni güllələyəcəksən :)
Qanbay_Qasimli
meni tekce 12 ci sual maraqlandirdi...Fikirimce bunun mentiqi cavabi budurki butun qizlar ele guldur)axi bele bir deyim var(atalar sozu)
brendmenem
12. dərilən gülün yanındakı gül. yeginki qız gülü dərəndə gül onun əlindən yerə düşüb
azadmamedov90
1=saat necedir ?
2,3,4 hec anlasilmadi )))
5-
6-29 deg
12-gullerden biri deigerine yapisiq halda olur.
13-
hamisi maraqli idi, ama murekkebleri му bas sindirmali olanlar da var )