Məntiq tələb edən sual

məntiq və diqqət tələb edən sualGünlərin bir günü varlı bir evin xidmətçisi polisə gələrək sahibinin öldürüldüyünü deyir...
Dedektiv ondan hadisənin necə baş verdiyini soruşur. O isə hadisəni belə təsvir edir...
- Sahibim işdən evə gəldikdən sonra 2-ci mərtəbəyə öz otağına qalxdı... Bir az keçdikdən sonra mən yuxarıdan atəş səsi eşitdim. Qalxıb otağına girmək istədim lakın otağın qapısı içəridən bağlı idi. Məcbur olub çölə çıxdım və aşağıdan daşla otağın pəncərəsini sındırdım və nərdivanla qalxıb otaqa girdim. Sahibimi otaqda masanın üzərində ölmüş vəziyyətdə gördüm və əlində silah qalmışdı. Masanın üzərində bir də kitab var idi. Kitabın 7 - 8 ci səhifələri arasında bir məktub tapdım. Məktubda "Mənim ölümümdən heç kim günahkar deyil" yazılmışdı. Başqa heç nəyə əl vurmadım. Otaqdan çıxarkən ayağım daşa ilişdi və əlimlə vazaya toxundum düşdü sındı. Oradan da çölə çıxıb bir başa bura gəldim...
Dedektiv onun danışdıqlarının arasında kiçik bir məntiqi səhv tutdu... Və o səhvin sayəsində qatilin elə xidmətçi olduğunu sübut elədi... 

Xidmətçinin ifadəsindəki məntiqi səhv nə idi?

15 şərh

LaLə
Öncə təşəkkürlər. Məntiqi səhv məncə burda ondadı ki, kitabın 7-8 səhifəsi o üz, bu üz olur. Yəni onda kitabın arası deyil. 8-9 olsa idi düz olardı. Ümid edirəm ki, düz fikirləşmişəm Aysel xanım.
Aysel218
hmmm ne tez tapildi:( tebrikler Lale:)
LaLə
men də olsam idim üzülərdim tez tapıldığına)))
Aysel218
eybi yox...suali tapilmaq ucun qoymusamda :) o biri suallarima bax gor tapa bilersen?:)
Qanbay_Qasimli
Duz fikirdir sizinle raziyam ancaq istintaqin aparan sexs kimi dinledikde ilk evvel sehifeleri bu qeder yaxin demesinden subhelenerdim normal halda -kitabin arasindan mektub tapdim-demek dahada professionalliq olardiki o sehive de yandirib ozun 
gulya_aliyeva

ayağim daşa ilişdiçyixildim.vazaya toxundum


 

gulya_aliyeva

hmm...sehvdir cavabim(ama men mustentiq kimi fikirleüdim)


 

doYwanka
men ama deyesen cox fikirlewerdim tapa bilmezdim ))
Nobody

Elimi basqa hec neye vurmadim.yixilanda elimle vazaya toxundum.

Bu da cavab ola bilerdi

seyidova
cavab oduki 7 ve 8-cı sehifenin ortası yoxdu.1verqdi. asanddı
seyidova
bıyyyy yazan indi gördüm
Resad506
burda cavab birinci deyir oldurulub sora deyir ozu oldurub
Ngar
BURDA CAVAB AŞAĞI DÜŞDÜM DAŞ ATDIM PƏNCƏRƏ SINDI ELƏ BAŞINA DEYƏNDƏ DAŞ OLUBDA. BELƏ VARİANT DAHA DÜZ GƏLİR AMMA SİZ DEYƏNDƏ DÜZDÜ. NƏ BİLİM VALLAH
Angelka
Əgər açar qapının üstündə deyildisə təzdən nərdivandan düşməli idi. Deyir çıxanda ayağım daşa ilişdi. Bunu bəlkə də qəbul etmək olar. Bəs həyətdə vazanın nə işi?