Рейтинг
+68.15

Məntiq və IQ

119 üzv, 58 topik

Yüksəliş müsabiqəsi QABİLİYYƏT VERBAL imtahan sualları 2023

Sual 1

Hər bir xalqın tarixində silinməz iz qoymuş görkəmli qadınlar vardır. Azərbaycan xalqının da tarixində görkəmli qadın şəxsiyyətlər az olmamışdır. Onlardan biri də Azərbaycanın ilk qadın hərbi pilotu Züleyxa Seyidməmmədovadır.

Züleyxa Seyidməmmədova 1919-cu ildə Bakıda anadan olub. Valideynləri Züleyxanın ali təhsil alıb neft mühəndisi olmasını istəyirdilər. Amma onun arzusu təyyarəçi olmaq idi. O, 1934-cü ildә orta mәktәbi bitirdikdәn sonra Azərbaycan Sәnaye İnstitutunun mədən fakültəsinə daxil olur. Ali tәhsil alan Züleyxa 1935-ci ildә həmin institutda qızlar arasında paraşütlə tullanma üzrә birinci yeri tutur. Bu birincilik onun üçün hәr şeyin başlanğıcı idi. O öz yolunu seçmişdi.


Davamı →

Yüksəliş müsabiqəsi imtahan sualları 2023 | Hüquq və iqtisadiyyat üzrə sual bloku

Sual 1

Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı son 30 ildə aparılan müzakirələrdə Azərbaycanın hər zaman prioritet hesab etdiyi beynəlxalq hüquq prinsipi:

  1. Əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi
  2. Xalqların öz müqəddəratını təyin etməsi
  3. Dövlətlərin hüquqi cəhətdən bərabərliyi
  4. Dövlətlərin bir-biri ilə əməkdaşlıq etməsi
  5. Dövlətlərin ərazi bütövlüyü

Davamı →

"Yüksəliş" müsabiqəsinin imtahan sualları və cavabları - VERBAL

Sual 1

       Orqan transplantasiyası müalicəsi mümkün olmayan xəstəliklərə görə öz funksiyalarını yerinə yetirməyəcək vəziyyətə gələn orqanların yerinə canlı və ya beyin ölümü keçirmiş şəxslərdən götürülən sağlam orqanların köçürülməsidir. Ürək transplantasiyasından başqa, digər əksər orqanlar əsasən canlıdan canlıya köçürülür. Hazırda ən çox böyrək, qaraciyər, ağciyər, mədəaltı vəzi, ürək, nazik bağırsaq, göz korneası və ilik  transplantasiyası həyata keçirilir.

       Bu gün təxminən 1 milyon insan orqan transplantasiyası həyata keçirilməsə, həyatını itirmək təhlükəsi ilə üz-üzədir.

       Ürək köçürülməsi əməliyyatı texniki olaraq çox çətin əməliyyat olmasa da, həkimlərdən yüksək peşəkarlıq tələb edir. Ürək transplantasiyası orqan köçürülməsi əməliyyatları arasında ən bahalısıdır. Xərçəng və şəkər xəstələrinə adətən bu əməliyyat edilmir.


Davamı →

"Yüksəliş" müsabiqəsinin imtahan sualları - Hüquq və iqtisadiyyat

Sual 1

Azərbaycan Respublikasının Konstitusiyasında din və dövlətlə bağlı təsbit olunmuş müddəaya əsasən düzgündür:

  1. Din dövlətin tərkib hissəsidir.
  2. Dövlət dini təriqətlərin inkişafına dəstək verir.
  3. Dövlət təhsil sistemi dini xarakter daşıyır.
  4. Dini qurumlar dövlətin idarə olunmasında iştirak edir.
  5. Din dövlətdən ayrıdır.

Düzgün cavab: Din dövlətdən ayrıdır.


Davamı →

"Yüksəliş" müsabiqəsinin imtahan sualları - Müasir trendlər

Sual 1

“Urbanizasiya” anlayışının düzgün mənası:

  1. İnkişaf etməkdə olan ölkələrdə əhalinin sayının kəskin şəkildə artmasıdır.
  2. İnkişaf etməkdə olan ölkələrdə əhalinin sayının kəskin şəkildə azalmasıdır.
  3. Müxtəlif səbəblərdən (iqtisadi problemlər, siyasi repressiya, ekoloji gərginlik və s.) bir ölkədən digərinə əhalinin köçməsidir.
  4. Bir xalqın öz dini, mədəniyyəti və milli şüurunu itirməklə başqa bir xalqa qarışmasıdır.
  5. Dünya, region, ölkə əhalisi içərisində şəhər əhalisinin sayı və payının artması, şəhərlərin rolunun yüksəlməsi, şəhər həyat tərzinin yayılmasıdır.

Düzgün cavab: Dünya, region, ölkə əhalisi içərisində şəhər əhalisinin sayı və payının artması, şəhərlərin rolunun yüksəlməsi, şəhər həyat tərzinin yayılmasıdır.


Davamı →