Рейтинг
+11.64

Xəstəyə ümumi qulluq və müalicə-diaqnostika

21 üzv, 17 topik

Gen terapiyası

Gen mühəndisliyi inkişaf etməyə başladıqdan və tibb sahəsinə daxil olduqdan bəri xəstəliklərin dəqiq diaqnozu məqsədiylə genetik analizlər götürülməyə başlanmışdır. Eyni zamanda xəstəliklərin birdəfəlik müalicəsi məqsədiylə Gen Terapiya sahəsi tibb sahəsinin ən böyük maraq dairələrindən birinə çevrilmişdir.

Gen Terapiyanın məqsədi, xəstəliyə vəya sindroma səbəb olan spesifik genin pozulmuş funksiyasını bərpa edəcək, genetik olaraq funksiyası təzədən bərpa edilmiş geni ehtiva edən dərman preparatını xəstəyə verməkdir.
Davamı →

Rəngli doppler nədir?

Rəngli doppler bir ultrasəs müayinəsi olub müxtəlif xəstəliklər və damar patologiyalarını müayinə etməyə imkan verir.

Səhvən elə düşünülür ki, doppler sadəcə hamiləlik zamanı tətbiq edilən bir üsuldur. Hamiləlikdən əlavə qadınlarda və kişilərdə müxtəlif xəstəliklərin müayinəsi üçün istifadə edilir və damar patologiyasını aşkar edir.

Ultrasəs cihazı səs dalğaları ilə işləyir. Doppler ultrasəs isə bu səs dalğalarının qan damarları içərisindəki qan hüceyrələrinə çırpıb geri əks olunarkən fekans dəyişməsindən faydalanaraq alınır.
Davamı →

Bakı Sağlamlıq Mərkəzi. Tibbi səhv yoxsa vicdansızlıq? Iki uşaq anasının əməliyyatdan sonra vəfatı

Elşən Abbasovun kədəri böyükdür. Həyat yoldaşı Aytəkin Abilovanı «Bakı Sağlamlıq Mərkəzi» klinikasında necə itirib?
«O, ürəyin mitral qapağının xordalarını bərpa etmək üçün əməliyyat olunmalı idi. Əməliyyat masasına özü uzandı, amma bundan əvvəl mənimlə vidalaşdı. Son sözlərini xatırlayıram: ölməkdən və uşaqların anasız qalacağından çox qorxurdu. Biz bunu ciddi qəbul etmədik, çünki həkimlər bizi bunun qorxulu bir əməliyyat olmadığına inandırmışdı. Lakin təəssüf ki, Aytəkini bir daha görmədik».
Elşənin sözlərinə görə, tibb müəssisələrinin əksəriyyətində bu əməliyyatı çox baha edirdilər, «Bakı Sağlamlıq Mərkəzi» isə qiyməti 5500 manata endirdi.
Davamı →

Tibbi deontologiya

Tibbi deontologiya tibb işçilərinin öz peşə vəzifələrini yerinə yetirən zaman riayət etməli olduqları mənəvi‐etik normalar toplusudur.

Deontologiya özündə üç əsas hissəni birləşdirir: tibb işçisinin cəmiyyət qarşısında borcu; tibb işçisinin xəstə, onun qohumları və yaxınları qarşısında borcu; tibb işçisinin öz məsləkdaşları qarşısında borcu – onlara olan münasibəti. “Tibbi deontologiya” və “tibbi etika” anlayışları eyni deyil. “Borc” problemi – tibbi etikanın əsas problemlərindən biridir. Deontologiya etik konsepsiyalar yığınıdır, lakin o, daha praqmatik və konkret xarakterə malikdir. Tibbi etika özündə bu vəya digər tibb sahəsinə aid spesifiklik daşımır. Tibbi deontologiya isə bu vəya digər tibb sahəsi ilə əlaqədar olaraq spesifik xüsusiyyətlər daşıyır (terapevtin, pediatrın, cərrahın, onkoloqun və s. deontologiyası ayırd edilir).
Davamı →

Ozonoterapiya

Ozonoterapiya nədir?
Müasir təbabətdə xəstəliklərin müalicəsi və qarşısının alınması, orqanizmin həyat gücünün yüksəldilməsi məqsədi ilə daim effektiv, təhlükəsiz və yeni müalicə metodlarının axtarışları aparılır. Belə proqressiv müalicə metodlarından biri də ozonoterapiyadır.

Təbii, dərmansız, fizioterapevtik müalicə metodu olaraq, ozonoterapiya nəinki xəstəliklərin malicəsinə şərait yaradır, eləcə də, orqanizmin ümumi statusunu yaxşılaşdırır, dərman müalicəsinin təsirini tamamlayır, ən əsası, xəstəliklərin qarşısının alınmasına, orqanizmin sağlamlaşmasına və cavanlaşmasına, vaxtından əvvəl qocalmanın qarşısının alınmasına xidmət göstərir.
Davamı →

Həkimə nə vaxt getməli?

Çoxları həkimə müraciət etməyi artıq hesab edirlər. Düşünürlər ki, hər hansı nasazlıq, əhvalın yüngül pozulması öz-özünə də keçib gedə bilər. Bunun üçün həkim çağırmağa ehtiyac yoxdur. Lakin sadə qaydalar mövcuddur: əgər yaxşılaşma yoxdursa və ya xəstəlik azalmaq əvəzinə daha da şiddətlənirsə, mütləq peşəkar həkimin köməyinə müraciət etmək lazımdır. Əgər bir neçə sutka ərzində temperaturun yüksək olması, bu və ya digər orqanlarda ardı-arası kəsilməyən ağrılar, sancılar mütləq həkimə müraciət etməyə əsas yaradır.


Ardı →

Ozonoterapiya

Son zamanlar ozonoterapiya adlı müalicə növündən istifadə insanlarda maraq doğurur. Bu məsələyə bir qədər aydınlıq gətirmək və oxuculara bu haqda məlumat vermək məqsədilə ozonla müalicə, onun təsir mexanizmi haqqında söhbət açmağı lazım bildik.

Ozon nədir və onun insan orqanizmi üçün nə əhəmiyyəti var?


Ozon xarakter kəskin iyli qazdır. O, oksigenin aktiv forması olub, təbii şəraitdə ultrabənövşəyi şüaların və elektrik gərginliyinin təsiri ilə yaranır. O çox az müddətdə sərbəst qala bilir, yarım saata uçub yox olur. Bu da onun quruluşundan asılıdır. Belə ki, onun molekulu üç oksigen atomundan təşkil olunduğundan bir sərbəst kimyəvi əlaqəyə malikdir. Bu da ona canlı hüceyrələrə birləşməyə və aktiv oksidləşmə qabiliyyətinə malik olmağa imkan verir.
Davamı →

Bioloji təbabət

Bioloji təbabət — insan orqanizminin biosistemlərini aktivləşdirən və təmin edən üsullarla müalicə və diaqnostikanın əsas istiqamətlərindən biridir.
Hal-hazırki ekoloji fəlakətlər dövründə ətraf mühitin qlobal çirklənməsi səbəbindən həm atipik gedişatlı xəstəliklərin, həm də mikroorqanizmlərin dəyişən ətraf mühitə qarşı davamlılığı artır. Bu da öz növbəsində xəstəliklərin ənənəvi üsullarla müalicəsini çətinləşdirir. Belə halda, əhalinin çox hissəsi əlavə təsirləri az olduğu üçün “yüngül təbabət” müalicə üsuluna müraciət edir. Məhz bioloji təbabət də belə müalicə üsuludur. Onun əhəmiyyətini kəsb etmək üçün “sağlamlıq” və “xəstəlik” anlayışlarını nəzərdən keçirək.


Ardı →

Anemiyalı xəstələr

Anemiya zamanı qanın tərkibində hemoqlobin və eritrositlərin miqdarı azalır.Belə xəstələrin müayinə edərkən onların rənglərinin avazıması nəzərə çarpır.Anemiyaların bəzi növlərində xəstənin müayinəsi zamanı tiprik əlamətlər görünür.Məs:anadangəlmə hemolitik anemiyalı xəstənin müayinəsində  xəstədə  qülləvari  baş,damağın yuxarıda durması,dişlərin əyri bitməsi görünür. «Reyno» xəstəliyinin əlamətləri müşahidə edilir.Dəmir defisitli  anemiyalı xəstənin müayinəsində xəstədə həm anemik,həm də sideropendik simptom  müşahidə edili.Belə ki,xəstədə başgicəllənmə,qukaqlarda küy,gözlərə qaranlıq çökmə əlamətləri ilə yanaşı dad pozğunluğu,udma aktının pozulması,dildə ağrılar və s əlamətlər olur.
Davamı →

Leykozlu xəstələr

Qanyaradan hüceyrələrdən törəyən və bir qayda olaraq sümük iliyini zədələyən qanyaradan sistemin şişləridir.Kəskin leykozda xəstələrin vəziyyəti son dərərcə ağır olur.Belə xəstələrə qulluğun böyük əhəmiyyəti var.Ciddi yataq rejimi gözləmək,alt paltarını vaxtlı-vaxtında dəyişmək lazımdır.Xəstə az-az yeməlidir,qida yaxşı bişirməli,vitaminlərlə,zülallarla zəngin olmalıdır
Ardı →