Kalsium-qəbul etmə və mənimsəmə

Praktiki olaraq hər birimiz kalsiumun dişlərimiz və sümüklərimiz üçün faydalı olması fikrindəyik və məhz buna görə də uşaqlıqdan onun ilə zəngin olan qidaları qəbul etmək məxsusi zövq verir.Lakin,heç də bütün hallarda nəticələr məqsədəuyğun olmur.Məsələnin izahı isə çox sadədir,çünki,biz yalnız mineral qəbul etmək üçün onun tərkibində olduğu qidaları qəbul etməyə həvəs göstərir,bu zaman onun mənimsənilməsi barədə qətiyyən düşünmürük. Ən sadə halda bilmək lazımdır ki,onun sorulması üçün elementlərin də olması mühümdür.Əgər sizin orqanizminizdə maqnezium və fosfor əksikliyi var isə,hansı ki,kalsiumun bədənədə sorulmasının əsas komponentləridir, heç bir kalsium ilə zəngin qidaların davamlı və tənzimli qəbulu Sizi osteoporozdan xilas edə bilməz.Bunun üçün də süd və süd məhsullarının dəniz kələmi,buğda unu ilə,südü məhz kakao ilə və xüsusilə şirin mindal və əncir ilə qəbul etməyiniz məsləhətdir.Mineralın tamamilə sorulmasının təmin edən isə D vitaminidir,hansı ki,asanlıqla dəniz məhsulları,yumurta və qaraciyər qəbul edən zaman onlardan faydalana bilərik.Günəş şüaları altında 15-20 dəqiqə olmaq sizə ultrabənövşəyi şüaların təsiri ilə bədəninizdə onun sintez olunmasına şərait yaradacaqdır.Həmçinin də kalsiumun bədəndən sürətlə xaric edilməsinə səbəb ola biləcək qidalardan da mümkün səviyyədə uzaq durmaq lazımdır.buraya isə,duzlaşdırılmış,yağda qızardılmış qidalar,eləcə də, ispanaq,çuğundur,kofe,souslar daxil edilir.Xüsusilə unutmaq lazım deyildir ki,mineralların böyük bir hissəsi tər ilə “yuyulur” və məhz buna görə də ehtiyat tədbiri kimi idmandan dərhal sonra süd və süd məhsulları qəbul etməyiniz effektiv təsir edəcəkdir.Müasir həyata aludə olan insanlara,dolayısıyla hamılıqla əhəmiyyətli bir məsləhət vermək istərdik:Sizi gərginləşdirəcək situasiyalardan mümkün səviyyədə uzaq durmğa çalışın.Bu nəinki sizi sinir-psixoloji nöqteyi nəzərdn yorur,həmçinin mineralların da sinir gərginliyinin nəticəsi və kompensasiyası kimi bədəninizdən sürətlə xaric olmasına səbəb olur.Stress sizə qalib gəlirsə tərkibində VitC,VitE,dəmir və maqnezium ilə zəngin qidalar qəbul edin.

0 şərh