Şəkərli diabet

Qan şəkəri ,qlükoza orqanizm üçün lazım olan enerjini tənzimləyir.Ehtiyacdan artıq olan şəkər lazım gəldikdə istifadə edilmək üçün qaraciyər və yağ hüceyrələrində depolanır.Şəkərin orqanizmdə enerji olaraq istifadə olunması üçün insulinə ehtiyac var.İnsulin şəkərin qanda yüksəlməsini tənzimləyən bir hormondur.Mədənin arxasında pankreas adlı orqanın beta hüceyrələrində hazırlanır və qana paylanır.Yeməkdən sonra qan şəkəri yüksəldikdə pankreastakı insulin hazırlayan hüceyrələr xəbərdar olunur və qana insulin verilir.İnsulin qan şəkərinin hüceyrə içinə girməsini tənzimləyir.Belə halda qan şəkəri normal halda tutulur,və yüksəlmir.Hüceyrələrə girən şəkər burda yanır və eneryi olaraq istifadə edilir.İnsulin çatışmamazlığında şəkər xəstəliyi "diabet" ortaya çıxır.Qanda şəkərin miqdarı artır və böyrəklərdən sidik vasitəsilə ifraz olunur.
Diabet:bədənin qan şəkərini uyğun şəkildə istifadə etməməsi və depolamamasıdır.

mədəaltı vəzi
Diabetin əlamətləri:
1.Yüksək dərəcədə susuzluq və susama
2.Tez-tez sidiyə çıxma
3.Kilo itkisi
4.İştahın həddindən çox yüksəlməsi və çox yemək
5.Bulanıq görmə
6.Dəri infeksiyaları
7.Sağalmayan yaralar
8.Halsızlıq

Bundan başqa diabet aşağıdakı xəstəliklərə də yol aça bilər.
1.Ürək tutması
2.Korluq
3.Böyrək çatışmamazlığı
4.Damar pozğunluqları.



Diabetin iki tipi var:
1.Bu xəstələrdə pankreastan insulin hazırlanması ya çox azalmış ya da durmuşdur.Belə halda qanda insulin olmur.Qan şəkərini tənzimləmək üçün kənardan insulin vermək lazım gəlir.
2.Bu xəstələrdə bir neçə ilə yaxın normal halda insulin vardır.Hətta bəzən normadan artıq insulun olur.Lakin bu insulin lazım olan təsiri vermir.Köklük və düzgün olmayan qidalanma insulinin lazım olan təsirini göstərməsinə mane olur.Qan şəkəri yüksəlir.
Diabetin müalicəsi üçün təkcə şirniyyatdan imtina etməklə yanaşı,karbohidratlardan da uzaq durmaq lazımdı.

şəkərli diabet insulun ilə müalicə olunur

Diabet xəstəliklərinə kimlər tutula bilər?
1.Diabetə hər kəs tutula bilər
2.Yaxın qohumlarında diabet olanlar
3.Yaş çoxaldıqca,diabetə tutulmaq olar.
4.40 yaşdan sonra kök insanlar
5.Hamiməlik dövründə diabet olan qadınlar növbəti illərdə 2-ci tip diabetə tutula bilərlər
6.Əgər kimdəsə 2-ci tip diabet varsa,ailənin başqa üzvləri də tutula bilər.

Diabeti çayla müalicə etmək olar
Alimlər Afrikada çay hazırlamaq üçün müxtəlif çay tərkiblərini - onun yarpaqlarını, özəklərini və güllərini yığaraq qaynatmış, sonra isə süzgəcdən keçirərək yerli loğmanların reseptini hazırlamışlar.Sonra onlar çayın diabetli siçanlara təsirini yoxlamışlar. Altı həftədən sonra gündəlik Afrika çayının rasionda yağlılığın məhdudlaşdırılması ilə birlikdə müalicəsi nəticəsində məlum olmuşdur ki, sözügedən siçanların gözlərinin ətrafındakı piy toxumalarının tərkibi dəyişmiş, eləcə də mədəaltı vəzi hüceyrələrinin mühafizə qabiliyyəti yüksəlmişdir.
Bu yaxınlarda 23 nəfər ikinci növ diabet xəstəsinin iştirakı ilə 4 ay davam edən bu cür təcrübələr də keçirilmişdir.
"İştirakçılar hər gün 750 millilitr çay içmişlər. Müalicənin bu növü diabetin digər istənilən növündən fərqlənir, çünki çay əvvəlcə qandakı şəkərin tərkibinə təsir etmir. Lakin 4 aylıq çayla müalicədən sonra biz qlükozaya qarşı dözümlülüyün kifayət qədər artığını görürük" - Kopenhaqen Universitetindən olan Kempbell Tovti bildirir.
Klinik testlər piy turşularının strukturunun dəyişməsi ilə bağlı olan tədqiqatın digər tərəfini də göstərmişdir.Çay qrupunda yarımzəngin piy turşularının səviyyəsi kəskin şəkildə artmışdır ki, bu da hüceyrələrin sukeçirmə qabiliyyətini yüksəldir və qandakı qlükozanın həzm olunmasını yaxşılaşdırır.Alimlər hesab edirlər ki, sonrakı tədqiqatlar şəkər diabeti əleyhinə dərman vasitəsi kimi çayın vacibliyini təsdiq edəcək.

0 şərh