Qaraciyəri bərpa edən N vitamini

N vitamini (lipoy turşusu) keçmiş əsrin ortalarında aşkar olunub. Bu tam vitamin deyil, vitaminə bənzər maddə sayılır.
Lakin bu maddə orqanizmə olduqca güclü təsir göstərir.
İlk növbədə N vitamini orqanizmdə gedən turşuma proseslərini ləngidir. Alimlərin fikrinə görə, məhz bu proseslər orqanizmin qocalmasına və bir çox xroniki xəstəliklərin, o cümlədən xərçəngin inkişafına səbəb olur.
Qaraciyəri bərpa edən N vitamini
Həmçinin N vitamini şəkərli diabet xəstəliyinin inkişafının qarşısını alır.
Digər faydalı təsirlər arasında:
— qaraciyərin fəaliyyətini bərpa edir, orqanı mənfi təsirlərdən qoruyur
— sinir və immun sistemlərinin fəaliyyətini yaxşılaşdırır
— güclü antioksidantdır — orqanizmi cavan saxlayır
— insultun qarşısını alır
— beyinin fəaliyyətini yaxşılaşdırır
— qanda xolesterolun səviyyəsini aşağı salır, aterosklerozun inkişafını ləngidir
— iş qabiliyyətini artırır, insanı daha gümrah edir

N vitamininin mənbələri: maya, ispanaq, düyü, kələm, mal əti, ürək, qaraciyər, süd, yumurta.
N vitamini dərman preparatları şəklində də buraxılır.

Mənbə: Saglamolun.Az

0 şərh