Vitaminlər

A vitamini – bu vitamin orqanizmin toxumalarının çoxalmasına, boyun artmasına şərait yaradır və orqanizmin infeksiyalara qarşı müqavimətini artırır. Deməli, A vitamini insanın həm bətndaxili, həm də doğulandan sonra normal inkişaf etməsi üçün vacibdir.Bu vitamin kərə yağı, pendir, yumurta sarısı, ciyər və balıq yağında daha çox olur. Bir çox meyvə və tərəvəzdə (yerkökü, kahı, soğan, şüyüd, pomidor ərik və itburnu) xüsusi maddə olan karotin vardır ki, bu da insan orqanizmində A vitamininə çevrilir.

B qrupu vitaminləri: B qrupu vitaminləri həm heyvan, həm də bitki mənşəli məhsullarda olur. B qrupu vitaminləri B1, B2, B5, B6, B9, B12, B15 və s. dən ibarətdir.
B1 — Ağ çörək və ağ undan hazırlanan məhsullardan istifadə edənlər yetəri qədər B1 vitamini almırlar. Eyni zamanda ərzaqları uzun müddət qaynatdıqda, bu vitamin parçalanır. B1 vitamini çatışmadıqda ağız qırağında çatlar əmələ gəlir. Eyni zamanda boyartma ləngiyir, mədə — bağırsaq pozuntuları əmələ gəlir.Əlbəttə, qeyd etdiyimiz xəstəliklər başqa səbəblərdən də qaynaqla bilər.
B2 — Bu vitamin qaraciyər,ət, balıq, qarğıdalı, toyuq, buğda, süd və yumurtada olur. Deməli, insan gündəlik normal qidalandıqda bu vitamini alır. Bu vitamin çatışmadıqda, ağızda və gözdə xəstəliklər meydana çıxır. Hər hansı bir əsəb sakitləşdirici dərmanlar da bədəndə bu vitaminin azalmasına səbəb olur.
B6 – toyuq, böyrək, qaraciyər, yumurta, düyü, obya, fındıq, fıstıq,banan və kartofda olur.
Folikasit və yaxud B9 – Çörək, düyü, qarğıdalı, yaşıl yarpaqlı tərəvəzlər, ispanaq, noxud, mərciməkdə var. Folikasit onurğanın inkişafı üçün vacıbdır. Mütəxəssislər ana olmağa hazırlaşan qadınların diqqətini bu məsələyə cəlb etmək istəyirlər ki, folikasitin çatışmamazlığı körpələrdə onurğanın inkişafdan qalması və ya beyin xəstəliklərinə səbəb olur.

E vitamini – insan orqanizminin əsas ehtiyaclarından biri də bu vitamindir. E vitamini çox zərifdir. Əsasən yağlarda olan bu vitamin, yağı çox isitdikdə parçalanıb aradan gedir. Buna görə də məsləhətdir ki, gündəlik tərəvəz salatlarını E vitamini ilə zəngin olan zeytun yağı ilə yeyəsiniz. Yemək bişirəndə də soğanı bu yağda çox qızartmayın ki, E vitamini itməsin. Bu vitamin əsasən, buğda, zeytun yağı, soya yağı, balıq, qoz, fındıq, kərə, pomidor, qarğıdalı yağı, ispanaq yumurta sarısı, böyrək və qaraciyərdə olur. E vitamini ehtiyacını ödəmək üçün:
1) Tərəvəzi qızartmadan və qaynatmadan yeyin
2) Həftədə ən azı 2 dəfə balıq yeyin
3) Həftədə ən azı 2 dəfə noxud, mərci yaxud lobyadan istifadə edin.

D vitamini-bu vitamin ancaq heyvan mənşəli məhsullarda olur. D vitamini kalsium ilə fosforun mübadiləsində böyük əhəmiyyət kəsb edir. Bu vitaminin çatışmamazlığı ümumi zəiflik, sümük və əzələlərdə ağrılar yaradır. Ən çox balıq yağı, yağlı pendir, kərə, yumurta sarısı, inək ciyəri və balıq kürüsündə olur. Günəş altında gəzməklə də bu vitamini almaq olur.

C vitamini – Askorbin turşusu dəmirin bağırsaqlardan sovurulmasında, bədənin mikroblara qarşı müqavimətinin artmasında rolu olan bir elementdir. Gün ərzində insana 100 – 200 mq C vitamini lazımdır. Bu vitamin təzə meyvələrdə, tərəvəz və giləmeyvələrdə (göy soğan, kələm, kahı, pomidor, çiyələk, itburnu, limon, portağal, alma, qırmızı və yaşıl bibər) çoxlu miqdarda olur.

K vitamini — qan laxtalanması prosesində çox böyük rol oynayır. Bu vitamin ən çox ət, qara ciyər, iribuynuzlu heyvanların böyrəkləri, yerkökü, cəfəri, balıq, pomidor və göy noxudda olur.

Kalsium – diş və sümüklərin inkişafı üçün zəruridir. Kalsiumla zəngin olan qida maddələri bunlardır: süd, qatıq, ayran, göy – göyərti və s.
Dəmir – insan orqanizminə lazım olan ən vacib elementlərdəndir. Dəmir azlığını aradan qaldırmaq üçün qan yaradan qidalar olan bəhməz, quru üzüm, alma, qırmızı ət, yumurta və quru paxlakimiləri misal göstərmək olar. Dəmir tərkibli dərmanı heç vaxt südlə içməyin! Çünki süd dəmirin bədənə cəzb olunmasını gecikdirir

Sağlam və gümrah olmanız diləyi ilə.
 

5 şərh

Medikamentoz
Consuelo,əməyin üçün minnətdaram,amma adına uyğun səhvlər var.Vitaminlər başlığı altında minerallardan da sonluqda qyedlər etmisən.Bir də, gələcək yazılar üçün deməliyəm ki,vitaminlər haqqında verilən məlumat bəsitdir.Məsələn A vitaminin rolu haqqında dediklərin kifayət etmir,E vitamini haqqında isə praktiki məlumat verməmisən,mədhiyyə xarakterlidir.Məsləhət görürəm ki Bioüzvi kimya dərsliyindən faydalanasan.Uğurlar.
Consuelo
Adıma uyğun səhvlər deyəndə nəyi nəzərdə tutursuz?Adım Raksanadı,əgər Rəksanə olsaydı o cür də yazardım.Consuelonu nəzərdə tutursuzsa o ad da düzgün yazılıb.Mövzuma gəldikdə isə onu deyə bilərəm ki,bildiyim məlumatı burda paylaşmışam.Tibb elmiylə dərindən maraqlanmamışam,maraqlanmaq fikrim də yoxdur.Bildiklərim mənə bəs edir.Əgər çox bilsəydim və ya geniş məlumat tapsaydım yazardım.Hər şeyi mükəmməl bilməsəm də çox şey haqda səthi də olsa məlumatımın olmasının tərəfdarıyam.Sizə də uğurlar.
Medikamentoz
Adına uyğun deyərkən qəsdim mövzu olub,Siz deyil.Sizi Consuelo adı ilə tanımaq da kifayət edir :)  Yəni,demək istəyirəm ki,mövzu barədə verilən informasiya bəsitdir.Doğrudur,hər birimizin öz baxışı və yanaşması var,sadəcə şəxsi təcrübəmi paylaşaraq bildirmək istəyirəm ki,hər şeydən az da olsa məlumatlı olmaq faydalıdır,İq+ göstəricisidir,ancaq,mükəmməlliyə can atmaq lazımdır,əlbəttə ki,uğurlu ola biləcəyinizə əmin olduğunuz sahələrdə.Sizə də uğurlar,Kayzenin adına uyğun bir mövzu barədə əhatəli yazmağınızı istəmişdim,yenə de seçim Sizindir!
Consuelo
Mükəmməliyə can atmıram,amma yenə də sağ olun.