Suyu tez-tez içmək olmaz

Su həyatdır. İnsan orqaniminin əksər hissəsi sudan ibarətdir. Orqanizmdə mayenin normal miqdarda olması həyati vacibdir.

İnsanlar susuzlaşanda suyu adətən tez-tez, iri qurtumlarla içir. Lakin suyu belə içmək olmaz. Bu insan sağlamlığına ciddi ziyan vurur.

İlk növbədə bu zaman su yaxşı mənimsənilmir. Əksinə yavaş-yavaş içilən su daha yaxşı mənimsənilir və susuzluq hissi daha tez keçir.

Digər tərəfdən suyu tez-tez içmək böyrək və ürək-damar sistemini yükləyir, onlara ziyan vurur.

Tez-tez su içən insan həzm sistemini də yükləyir, maddələr mübadiləsi proseslərini pozur. 

Bütün bunları nəzərə alaraq suyu asta-asta, kiçik qurtumlarla içməyə çalışın.
 

0 şərh