Рейтинг
+1.63

maddələr mübadiləsi

20 üzv, 30 topik

Zəhərlənməyə səbəb olan qidalar

1. Ət parlaq qırmızı rəngdə olmalıdır
Ətlərin üzərində nəzarət damğası mütləq olmalıdır. Ətin dərisində parçalanma, qan laxtası, çürümə əlamətləri olmamalı, toxuması çox təzə, parlaq qırmızı rəngdə olmalıdır. Diqqət yetirməniz lazım olan bir başqa tərəf də ətin xoş ətirli olmasıdır.

2. Toyuğu bütün olaraq alın
Toyuğun əti diri olmalı, barmağınızı basdıqda yaranan çuxur, barmağınızı götürdükdə dərhal düzəlməlidir. Toyuğu bütün halında almağa üstünlük verin. Bütün olaraq alınan toyuqların təzəliyinə nəzarət etmək çox daha asan olur. Təzə toyuğu soyuducuda 1-2 gündən çox gözlətməyin, dondurulmuş toyuq ətini isə -18 dərəcədə saxlaya bilərsiniz.
Davamı →

Yağsız pəhriz düzgündürmü?

Bəziləri arıqlamaq istədikdə bir çox yağlı yeməkləri qida rasionundan çıxarmaq qərarına gəlirlər. Lakin bu düzgündürmü?

Alimlərin bu haqda fikirləri


Əvvəllər yağlı məhsulları yemək məsləhət görülmürdü: hesab edilirdi ki, kərə yağı və donuz piyi zərərli, bitki yağları isə xeyirlidir. Yağlarsız isə daha yaxşıdır: həm yaraşıqlı görkəmə, həm də sağlam olmağa görə.
Lakin son illər dietoloqların bəziləri əvvəllər hökm sürən fikirləri qəbul etmirlər. Alimlər çoxsaylı tədqiqatlara əsaslanaraq artıq bu nəticəyə gəlmişlər ki, qarışıq pəhrizdə olan, yəni rasionunda həm heyvani, həm də bitki yağları olan insanlar daha sağlam və fizik aktiv olurlar.
Davamı →

Diabetik pəncə

Bu şəkərli diabetin ağır fəsadlarından biridir. Diabetik pəncə sindromu olan insanda pəncələrdə xoralar əmələ gəlir, oynaqlar və sümüklər zədələnir.

Yaralar çox gec sağalır, onlarda infeksiya inkişaf edə bilər. Ən ağır vəziyyətlərdə bu qanqrena (bədənin bir yerində toxumaların çürüməsi) və amputasiya ilə (bədənin xəstə üzvünün kəsilməsi) nəticələnə bilər.

Diabetik pəncə sindromunun səbəbi diabet xəstələrinin ayaq damarlarında qan dövranının pozulmasıdır. Bunun nəticəsində qidalanması pozulmuş dəridə müxtəlif gec sağalan zədələnmələr əmələ gəlir. Həmçinin dəri soyuğa qarşı çox həssas olur.

Qanda şəkərin xroniki olaraq yüksəlməsi nəticəsində pəncələrdə sinirlərin keçiriciliyi pozulur və bunun nəticəsində bu nahiyədə həssaslıq azalır. Buna «diabetik neyropatiya» deyilir. Bunun nəticəsində diabet xəstəsi ayaqlarda ağrı, soyuq və ya isti temperaturun təsirini, təzyiq, demək olar, hiss etmir. Sağlam insana ağrı hissi vaxtında tədbir görməyə və özünü ağır travmadan qorumağa imkan verir. Diabet xəstələri isə eyni vəziyyətlərdə həssaslığın azalmasına görə travmalar alır. Ayaqlarda yanıqlar, sıyrıntılar və digər zədələnmələr bu xəstələrdə ağrısız keçir ki, onlar bu zədələnmələrə hətta qanqrena başlamayana kimi fikir vermir.


Ardı →

Həddən artıq tərləmənin səbəbləri

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır.
Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur.
İnsana isti olanda və ya insan stress vəziyyətə düşəndə, tərləmə artır. Bu da normaldır.

İsti hava və (və ya isti paltar), isti qidaların, mayelərin qəbulu, aktiv fiziki iş (idman və s.), bədəndə olan istiliyin miqdarını artırır və orqanizmdə qoruyucu reaksiya işə salınır — bədən tərləyir və nəticədə soyur.

Stress də tərləməni artırır. İnsan orqanizmi elə yaranıb ki, stress insanın gücünü sanki səfərbər edir, bədənimiz özünü müdafiə etməyə hazırlaşır (qaçmaq, dalaşmaq və s.). Belə müdafiə güclü fiziki gərginlik tələb edir ki, bunun nəticəsində orqanizmdə istilik artır. Beləliklə, orqanizm əvvəlcədən özünü istiliyin artmasına hazırlaşdıraraq tərləyir və soyur.

 Tərləmə normal fizioloji prosesdir. Lakin həddən artıq tərləmə orqanizmdə hər hansı pozulmanın əlaməti ola bilər. Belə ki, uşaqlarda həddən artıq tərləmə raxitin əlaməti ola bilər. 
Ardı →

Energetik içkilər haqqında 10 fakt

1. 1980-ci ilin əvvəllərində Avstriya vətəndaşı Ditrix Mateşiç uzun illər sonra sənaye məqsədlərində istifadə etməyə qərar verdiyi içkini icad edib və istifadəsinə başlamışdı. Hazırda isə Red Bull energetik içki bazarının 70 faizini əhatə edir.

2. Energetik içkilər əhvalın yaxşılaşmasına və əqli fəaliyyətin stimullaşmasına xeyirlidir. Hər kəs öz istəyinə uyğun energetik içki tapa bilər; onları 2 qrupa bölmək olar: tərkibində çox kofein olan(oxumağa və işləməyə daha çox meyilli olan tələbələr üçün nəzərdə tutulub), digərlərinin tərkibində isə daha çox vitamin və karbohidrat mövcuddur (asudə vaxtlarını idman zalında keçirtməyə üstünlük verən insanlar üçün nəzərdə tutulur).


Ardı →

Yaz aylarında orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər

Hər birimiz yaz aylarında olan vitamin çatışmamazlığı kimi problemlə rastlaşmışıq.

Bu gün sizə yaz ayları üçün ən lazımlı olan vitaminlər haqda məlumat və ən əsası isə onları daha çox hansı məhsullarda tapa biləcəyiniz haqda danışacayıq. Beləliklə, yaz aylarında orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər:

C vitamini. Askorbin turşusu və orqanizmin müxtəlif infeksiyalarla mübarizə aparan ən vacib “yaz vitamini”sayılır. Bəs bu vitamin ən çox hansı məhsullarda var? Bunlardan: sitrus meyvələri, itburnu, göyərti, bolqar istiotu,alma, çiyələk, kartof,gül kələmi və bütün paxlalılarda və s.kimi məhsullar sayılır. Yadda saxlayın ki, bu vitamin qaynadıldıqda və qurudulduqda yox olur. Dəmir bu vitaminə pis təsir edir.

D vitamini. Kalseferon, “günəş vitamini” sayılan bu vitamin orqanizmdə kalsiy elementinin qəbulunu təmin edir. O,günəş şüalarının təsirindən dəridə istehsal olunur. Ən çox bu məhsullarda təsadüf edilir: balıq yağı, kürü, yumurtanın sarısı, ciyər, kərə yağı, xama və süd. Bu vitamin yüksək hərarətə davamlıdır.
Ardı →

Energetik içkilər

Energetik içkilərin dişləri zədələməsi ilə bağlı iddialar səsləndirilməyə başlayıb. RİA «Novosti» agentliyinin verdiyi məlumata görə, energetik içkilərdə turşuluğun miqdarı çox yüksəkdir. Turşuluğun isə dişlərin mina təbəqəsini zəiflətdiyi deyilir. Energetik içkiləri qəbul edən şəxslərdə dişin mina təbəqəsində eroziyanın yaranması üçün bəzən 5 gün də kifayət edir.
Ardı →

Kalsium-qəbul etmə və mənimsəmə

Praktiki olaraq hər birimiz kalsiumun dişlərimiz və sümüklərimiz üçün faydalı olması fikrindəyik və məhz buna görə də uşaqlıqdan onun ilə zəngin olan qidaları qəbul etmək məxsusi zövq verir.Lakin,heç də bütün hallarda nəticələr məqsədəuyğun olmur.Məsələnin izahı isə çox sadədir,çünki,biz yalnız mineral qəbul etmək üçün onun tərkibində olduğu qidaları qəbul etməyə həvəs göstərir,bu zaman onun mənimsənilməsi barədə qətiyyən düşünmürük.


Ardı →

Vitaminlər

A vitamini – bu vitamin orqanizmin toxumalarının çoxalmasına, boyun artmasına şərait yaradır və orqanizmin infeksiyalara qarşı müqavimətini artırır. Deməli, A vitamini insanın həm bətndaxili, həm də doğulandan sonra normal inkişaf etməsi üçün vacibdir.Bu vitamin kərə yağı, pendir, yumurta sarısı, ciyər və balıq yağında daha çox olur. Bir çox meyvə və tərəvəzdə (yerkökü, kahı, soğan, şüyüd, pomidor ərik və itburnu) xüsusi maddə olan karotin vardır ki, bu da insan orqanizmində A vitamininə çevrilir.
Ardı →

İncə bellər uzun yaşayır

Artıq kütlənin toplanması ilə əlaqədar kökəlmənin iki tip forması ayırd olunur.Alma və rmud tip adlandırılına bu formalar öz xüsusiyyətləri ilə seçilir və artıq bir çoxlarımız məlumdur.Birinci halda əsas piy kütləsi əsas bel və çanaq olmaqla aşağı hissədə toplanırsa,ikinci tipdə yuxarı və aşağı nahiyə üzrə bərabər paylanır.


Ardı →