Almanı atdım xarala

Almanı atdım xarala,
Qaldı sarala-sarala,
Dağlarda döndüm marala.

A tirmə köynək, ay sarı çəpkən,
A tirməköynək, sarıçəpkən
Gəlin, haralısan?
Özü göyçək, sözü göyçək,
Hara maralısan?

Gəlin, gedək bizim bağa,
Hərə çıxa bir budağa
Gül tökülüb gül yanağa. (Ləb ləbə, dodaq dodağa).

A gül yanaqlı, ağ buxaqlı
Gəlin, haralısan?
Özü göyçək, sözü göyçək,
Hara maralısan?

Yarın bağında üzüm “əsgəri”,
Bağında dalında həzin səs gəlir,
Sağ ol gəl, var ol gəl,
Bir gecə mehman ol gəl.

Yarım eyvanda bəzəyir xalı,
Yarın üzündə xalı var, xalı.
Sağ ol gəl, var ol, gəl,
Sən bizə mehman ol, gəl.
 

0 şərh