Aparmağa gəlmişik

Aparmağa gəlmişik,
Yar almağa gəlmişik.
Oğlanın adamıyıq,
Aparmağa gəlmişik.

Qızıl güllər koldadır,
Əl çatmayan qoldadır.
Qız ürəyi döyünür,
Oğlan gözü yoldadır.

Qızın bəxti ağ olsun!
Qohumları sağ olsun!
Qızın getdiyi yollar,
Görüm çil-çıraq olsun.
 
Not yazısı (“Azərbaycan xalq mahnıları” kitabından, II cild, səh. 49)

0 şərh