Ağarmaynan, ay saçlarım, amandır

Aşıq mahnısı, sözləri: Mikayıl Azaflı

Cavanlığın, məhəbbətin eşqinə,
Ağarmaynan, ay saçlarım, amandır.
Əhdi-peyman, sədaqətin eşqinə,
Ağarmaynan, ay saçlarım, amandır.

Haqq aşiqi yaranıbdı qəm çəkə.
Ürəyimə sala qara xal, ləkə.

Səni and verirəm saf vicdana, məsləkə.
Ağarmaynan, ay saçlarım, amandır.

Azaflıyam, ağ saçlarım bir yana,
Gənclik getdi, oldum dəli-divana.
Deyəcəklər, dözəmmədi zindana.
Ağarmaynan, ay saçlarım, amandır.

 

 

Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007

 

0 şərh