Ağdamım

Sənsiz darıxmışam bilirsən necə,
Gəlirsən yuxuma hər gün, hər gecə.

Gələydim qoynuna elə indicə,
Dolanım başma, Ağdamım mənim.

Nəq:

Kaş gəlib görəydim, halını biləydim.
Ay dərdim Ağdamım, Ağdamım mənim.
Ağlayan gözünün yaşlnı siləydim.

Ay dərdim Ağdamım, Ağdamım mənim.
Keçilməz yollan keçə biləydim,
Şahbulaq suyundan içə biləydim.
Ölürəm, qoynuna köçə biləydim.
Dolanım başına, Ağdamım mənim.

Söndü ürəyimdə neçə arzular,
Sıxdı ürəyimi, sıxdı duyğular.

Kaş yetirə sənə məni bu yollar,
Dolanım başına, Ağdamım mənim.

 

 

Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007

 

0 şərh