Ah, bu necə məhəbbətdir ?

Mus.: Niyaməddin Musayev, sözləri: Cabir Novruz

Özü yandı, özü söndü,
Ah, bu necə məhəbbətdir?!
Birdən-birə üzü döndü,
Ah, bu necə məhəbbətdir?!

Əvvəl idi, axır oldu,
Həmdəm idi, yağı oldu.
Həqiqətdir, nağıl oldu,
Ah, bu necə məhəbbətdir?!

Bir qisməti həsrət imiş,
Bir qisməti möhnət imiş.
Bir qisməti nifrət imiş,
Ah, bu necə məhəbbətdir?!

Çox illərim heyif oldu,
Döndü xəyala, qeyb oldu.
Külü göylərə sovruldu,
Ah, bu necə məhəbbətdir?!


 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh