Ax, Ax Sevgilim

Ağadadaş Ağayevin repertuarından

Acı dilim, ay dilim,
Olasan dilim-dilim.

Nə demisən inciyib,
Yenə məndən sevgilim?

Nəq:

Ax ay, ax ay sevgilim,
Ay mənim şirin dilim.

Niyə məni üzürsən,
Gah barışıb küsürsən.

Gəl demisən gəlmişəm,
Gül demisən, gülmüşəm.
Kədərimi gizləyib,
Sevincimi bölmüşəm.

Ay ümidim, pənahım,
Ay bu günüm, sabahım.

Axı niyə dinmirsən?
Söylə nədir günahım?

Nəq:

Ax ay, ax ay sevgilim,
Ay mənim şirin dilim.

Niyə məni üzürsən,
Gah barışıb küsürsən.

Sinəmi közləyirsən
Daha nə gizləyirsən?

Açıq de, açıq danış
Elçimi gözləyirsən?
 
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 
 
 

0 şərh