Gəl, barışmaq vaxtıdır

Gül açdı inci-inci,
Nə küs məndən, nə inci,
Ay könlümün sevinci,
Gedən quşlar döndülər.
Budaqlara endilər,
Gəl, banşmaq vaxtıdır.

Nəq.:

Hər yanda yaz ətri var,
Xoş gəlmisən, ay bahar,
Bayramda barışarlar,
Gəl, banşmaq vaxtıdır.

Səməni xonça-xonça,
Düzərəm yol boyunca,
İncitmə məni bunca,
Yamacda lalə yandı,
Ürəyim səni andı,
Gəl, banşmaq vaxtıdır.
 
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh