Gəl, ey vəfadarım!

Mus: Əlibaba Manmtodov. söz: Ənvur Naz
 
Hicran əlindən xəstəyəm,
Sızlar dili-zarım mənim,
Zənn eylə ki, can üstəyəm.
Gəl, ey vəfadarım mənim.

Sən şəmi, mən pərvanəyəm.
Sən bəhri, mən dürdanəyəm.

Öz özümə biganəyəm,
Sən ban ol yarım mənim.
Aşiq edər candan niyaz,
Eşq içrə can olsun güdaz
Canım yanır ey sərvinaz,
Ol dərdə qəmxarım mənim.

Mən aşiqəm, əhli diləm,
Tale .qı?yrııux,.nədəp. güləm? •
Əfğan edən bir bülbüləm,
Sənsən çəmən zarım mənim.

Eşqin bağında qönçəsən,
Güldən-çiçəkdən incəsən,
Ənvər sanar sən incisən,
Ey dürrü şəhvanm mənim.
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh