Gəl səhərim

Mus: Firəngiz Babayeva, söz: Rəfiq Zəka

Gəl səhərim, səhərim, aləm səni səslər!
Gəl, oyansın şəhərim, coşsun yaşıl Xəzər.

Nəq.:

Sən bəşərin gözünün nurusan, şəfəq sənin.
Al Günəşin sevimli yansan, üfüq sənin;
Yer üzünü işıqlat, sənindir həyat.

Dan yerini aç yenə, nur yay könlümüzə.
Ağ günlərin eşqinə, ziya bəxş elə bizə.
Bayraq rəngi var səndə, sən bir qızıl zəfər.
Gəz ellərin dilində, var ol, gözəl səhər!

 

Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007

 

0 şərh