Bəyənməz

Aşıq mahnısı. sözləri: Aşıq Abbas Tufarqanlı
 
Ay ağalar, bir zamana gəlibdir,
Ala qarğa şux tarlam bəyənməz.
Oğullar atanı, qızlar ananı,
Galinlər də qaynananı bəyənməz.
Adam var ki, getməyəsən işinə,
Adam var ki, dolanasan başına.
Adam var ki, ayran tapmır aşına,
Dindirirsən yağlı nanı bəyənməz.
Adam var, dağlan gəzər sərsəri,
Adam var, geyinir, çustinən dəri.
Adam var, şərəfdən yoxdu xəbəri.
Adam var, soltanı, xanı bəyənməz.

Adam var ki, adamlann naxşıdı,
Adam var ki, anlamazdı, naşıdı.
Adam var ki, heyvan ondan yaxşıdı.
Dindirirsən, heç insanı bəyənməz.
Adam var, dəstinə verəsən güllər.
Adam var, gözünə çəkəsən millər.
Tufarqanlı Abbas başuva küllər,
Nə günə qalmısan qan bəyənməz.
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007

0 şərh