Fəridəm

Xalq mahnısı

Dağ başında quzu var.
Ahu kimi gözü var.
Qız oğlanı istəsə,
Kimin ona sözü var?

Nəq.:

Fəridəm, ay Fəridəm,
Gözəl qızsan Fəridəm.
Bir baxmısan, bir də bax.
Mənim gözəl Fəridəm.

Ay mənim gülüzarım,
Sənsiz olar ah zarım.
Mənə baldan şirindir,
Desən acı söz yarım.

Bu gələn haralıdır,
Dağların maralıdır.
Əyil üzündən öpüm,
Ürəyim yaralıdır.
 
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007

0 şərh