Fərzəli

Mus. Emin Sabitoğlu, söz: Səməd Vurğun

Qələmçə bulağı tək
Safdır arzun-diləyin,
Səni daim ucaldır,
Bol bəhrəli əməyin.

Nəq.:

Xərəklərə sığışmır
Dolu salxım kəhrəba,
Halal olsun Fərzalı,

Deyir sənə el-oba.
Həsəp suyu, qədim çay
Sənə lay-lay çalıbdır.

Doğulduğun ana kənd
Səndən ilham alıbdır.
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007

0 şərh